“Turkish Airlines” şirkətinə məxsus təyyarə Tehranın “Mehrabad” hava limanına təcili eniş edib
Tehran, 20 may AZƏRTAC
Hindistanın Yeni Dehli şəhərindən İstanbula uçan “Turkish Airlines” Hava Yolları şirkətinə məxsus təyyarə Tehranın “Mehrabad hava limanına təcili eniş edib.
AZƏRTAC xəbər verir ki, təcili enişə səbəb təyyarədəki sərnişinlərdən birinin halının pisləşməsi səbəb olub.
İranın Mülki Aviasiya Təşkilatının yaydığı açıqlamada deyilir ki, aeroportun tibb məntəqəsinin həkimləri sərnişini müayinədən keçirərək yardım ediblər. Lakin buna baxmayaraq, sərnişin vəfat edib. Sərnişinin cəsədi xüsusi qutuya qoyulub və təyyarəyə yerləşdirilib. Təyyarəyə yanacaq doldurulduqdan sonra İstanbula yola salınıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]