TÜRKİYƏ BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNDƏN 2 MİLYARD DOLLAR QAZANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Bakı-Tbilisi-Ceyhan boru xəttinin onun ölkəsinə 2 milyard dollar qazandırdığını bidirmişdir. Nazir qeyd etmişdir ki, Heydər Əliyev adına Ceyhan terminalından bu günədək 378 milyon barrel Azərbaycan nefti dünya bazarlarına çıxarılmışdır.
Hazırda Azərbaycan qazını Avropaya nəql edəcək NABUKKO layihəsinin gündəmdə olduğunu diqqətə çatdıran Himi Gülər əlavə etmişdir ki, sözügedən layihənin həyata keçirilməsini sürətləndirmək məsələləri iki gün əvvəl Avstriya Prezidentinin Ankaraya səfəri zamanı geniş müzakirə olunmuşdur. İyunda layihənin semta dəyəri və Avropa İttifaqının ayıracağı vəsaitlə bağlı konkret rəqəmlər açıqlanacaqdır. Azərbaycan qazının 3 min 300 kilometrlik NABUKKO kəməri ilə nəqlinə isə ən geci 2013-cü ildə başlanacaqdır. İldə 31 milyard kubmetr təbii qaz nəql edəcək kəmərin təqribən 4,6 milyard avroya başa gələcəyi ehtimal olunur.
Nazir əlavə etmişdir ki, NABUKKO kəməri Türkiyənin Ərzurum şəhərindən Avstriyanın ən böyük təbii qaz mərkəzi olan Baumqartenə qədər uzanacaqdır. Bu borı xətti gələcəkdə Təbriz-Ərzurum və Tarnsxəzər qaz kəmərinə də birləşdirilə bilər. Layihə 2004-cü ildə Vyanada yaradılmış 6 ölkənin iri enerji şirkətlərini birləşdirən “Nabukko Beynəlxalq Qaz Kəməri GmbH” tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]