Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Türkiyə ilə Azərbaycan arasında “Miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb

İstanbul, 7 iyun, Günel Karatepe, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin həmkar qurumunun dəvəti ilə Ankara şəhərinə rəsmi səfər edib.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri, o cümlədən Ankara şəhərindəki xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edib. Azərbaycan və Türkiyənin Ulu öndərlərinin xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Səfər çərçivəsində DMX-nin rəisi Vüsal Hüseynov qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb. Görüşdə iki ölkənin müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək qiymətləndirilib, həmçinin miqrasiya qurumları arasında əlaqələrin daha da inkişafının önəmi və vacibliyi vurğulanıb. Görüşdə, həmçinin vətəndaşlarımızın qarşılıqlı gediş-gəlişinin daha da sadələşdirilməsi istiqamətində mühüm addımların atıldığı qeyd edilib və bu istiqamətdə tədbirlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonra Xidmət rəisi ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəçiliyi Qurumunun rəhbəri Atilla Toros arasında geniş tərkibdə görüş keçirilib. Miqrasiya sahəsində işçi əlaqələrin gücləndirilməsi və iki ölkənin vətəndaşlarının bu sahədə üzləşdiyi çətinliklərin operativ həllinə töhfəsini vermək məqsədi daşıyan görüşdə iki ölkə arasında bütün sahələrdə mövcud olan sıx tərəfdaşlığın miqrasiya sahəsində daha da dərinləşdirilməsi, hər iki dövlətin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin dövlətlərimiz arasında miqrasiya sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, bu sahədə məlumat və təcrübə mübadiləsi, habelə yeni birgə fəaliyyətlərin həyata keçirilməsinin önəmi müzakirə edilib. İki ölkə arasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə hər iki dövlətin vətəndaşlarının müxtəlif məqsədlərlə yaşamalarının, əmək fəaliyyəti ilə məşğul olmalarının sadələşdirilməsi ilə bağlı atıla biləcək mümkün addımlar ətraflı müzakirə edilib.

Daha sonra görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in imzalanma mərasimi keçirilib. Sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır. Sazişi Azərbaycan Respublikası Hökuməti adından Vüsal Hüseynov Türkiyə Respublikası Hökuməti adından isə Atilla Toros imzalayıb.

Azərbaycanın nümayəndə heyəti, həmçinin Ankara Geri Göndərmə Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar.

Səfərin ikinci günündə Xidmət rəisi Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb. Həmin görüşdə tərəflər arasında ötən dövrlərdə keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, eləcə də iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov başda olmaqla səfirliyin əməkdaşları da iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimovun həbsinə order verib

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşları Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər

Ordubada dolu yağıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

ABŞ mətbuatı Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”ndən yazıb

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan badmintonçusu beynəlxalq sertifikata layiq görülüb

Rusiyalı müğənni: Haçansa Azərbaycan musiqisini ifa etməkdən şad olardım

Belarus alimlər Fizika İnstitutunda qonaq olublar

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Ermənistanın buğda ilə təminatında ciddi problemlər yaranıb

Fici Hava Yolları Sakit Okean regionunun ən yaxşı aviaşirkəti seçilib

Nazirlər Kabineti “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ı təsdiq edib

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı açıqlanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Siyəzəndə vətəndaşlarla görüşüb

Ordumuz müstəqilliyimizin qarantı, təhlükəsizliyimizin təminatçısıdır ŞƏRH

Fərid Qayıbov: Gənclərin böyük layihələrdə iştirakı vacibdir

Daha iki dondurma məhsulunda təhlükəli bakteriya aşkar edilib

“ASAN xidmət” BMT-nin tədbirində diqqət mərkəzində

Ötən il müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 3024 vakansiya təqdim olunub

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib

“Qəbələ” klubu kapitanı ilə müqaviləni uzadıb

Yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 12,5 milyard manatı ötüb

Dünyanın ən peşəkar, ən güclülərindən olan Azərbaycan Ordusu ŞƏRH

Lüksemburqda Moldova və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar başlayıb

“TikTok” ABŞ hökumətinin çarpaz atəşi altında

DSX və DTX-nin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb VİDEO

Sorğu: İsveçli gənclər özlərini təhlükəsiz şəraitdə hiss etmirlər

Azərbaycan klubu portuqaliyalı qapıçını heyətinə qatıb

Qızların təhsilinə dəstək

Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan üç döyüşçü Xaçmazda dəfn olunacaq

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbulun nəticələri açıqlanıb

Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi artıb

Nazir müavini: Gənclərin sayəsində dünyada sülh, iqtisadi dayanaqlılıq inkişaf edəcək

Daxili işlər naziri Oğuz rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Bu il Bakı əhalisinə ödənişli xidmətlərin 90 faizdən çoxu hüquqi şəxslər tərəfindən göstərilib

Culian Assancın təyyarədən yeni fotosu paylaşılıb

Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb

“Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı fəallar Özbəkistanda Beynəlxalq ekoloji düşərgədə iştirak edirlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı ehtimalı var

Yanvar-may aylarında sosial sahə üzrə 167 mindən çox e-arayış verilib

Keniya cinayətkarlarla mübarizə üçün Haitiyə 400 sülhməramlı göndərib

"Real Madrid"in yetirməsi 23 ildən sonra komandanı tərk edib

ICESCO-nun baş katibi: Azərbaycanla tərəfdaşlığı genişləndirmək üçün əlimizdən gələni edəcəyik

Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa çatdırıb YENİLƏNİB

Azərbaycanın fövqəladə hallar naziri Türkiyənin Jandarma Hava Qüvvələrinin komandanı ilə görüşüb

“Vikipediya”nın Türk dili seqmentində Azərbaycana dair yeni bölmələrin yaradılmasına başlanılıb

Mərkəzi Elmi Kitabxanada “Açıq qapı” günləri keçiriləcək

Bilyard üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Yüksək dağlıq ərazilərdə sulu qar yağacağı proqnozlaşdırılır

Bakıda 46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Ədliyyə nazirinə yeni müşavir təyin edilib

ADPU-nun Kimya və biologiya fakültəsinin məzunları 20 il sonra bir arada

Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH

Bakıda 21 mindən çox uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib

“Neftçi” rusiyalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”

Bugünkü hərracda bankların dollar tələbi 87 milyondan çox olub

Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır

Aydın Kərimov: Şuşa gənclərin enerjisi ilə inkişaf edir

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 5 noyabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

“İş yerində zorakılıq və qısnama” mövzusunda təlim keçirilib

® ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir

Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir ŞƏRH

Mavi beretlilər - Komandolar bir əsrdən çox yaşı olan Azərbaycan Ordusunun yeni nəfəsi hesab olunurlar FOTOLAR VİDEO

Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir

Hakan Fidan: Regionda müharibələrə son qoyulması Türkiyə diplomatiyasının prioritetidir

Aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti təlimlər başlayır

Novo Nordisk ABŞ-da zavod tikintisinə 4,1 milyard dollar sərmayə qoyacaq

Bu ilin beş ayında 644 milyon manata yaxın sığorta haqqı toplanılıb

Avro-2024: Bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq

Stella Assanc: Uşaqları Culianın azad ediləcəyini bilmirlər

Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin siyahısı genişləndirilir

Sarımsaq xolesterini azaltmaq üçün gizli silah ola bilər

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 7200-ü ötüb

Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti ilbəil artır - ŞƏRH

DİN 26 iyun – “Narkotiklərlə mübarizə günü” ilə bağlı növbəti videoçarx hazırlayıb VİDEO

Kiyevdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb VİDEO

Şirvandakı məktəbdə aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirilib

Orban Ukraynanın Aİ-yə qəbul edilməsinə mane olmayacaq

Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir

Şuşada beynəlxalq gənclər forumu keçirilir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişiklik təsdiqlənib

Özbəkistanda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib VİDEO

Azərbaycan ilə Mərakeş arasında viza tələbi ləğv edilir

® “Xalq Bank” və “Baku City Residence” xüsusi kobrend “Visa” kartını təqdim ediblər

Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub

Culian Assancın olduğu təyyarə Banqkoka eniş edib

DSMF: Yaşa görə müavinət alanların sayı 150 mindən çoxdur

Dövlət Sosial Müdafiə Fondunun xərcləri artırılıb

Alimlər nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivlərini araşdırırlar