Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə-İsrail münasibətlərinin normallaşması regionda yeni güc mərkəzinin yaranmasına zəmin yaradacaq ŞƏRH

Türkiyə-İsrail münasibətlərinin normallaşması regionda yeni güc mərkəzinin yaranmasına zəmin yaradacaq  ŞƏRH

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı nəinki ölkə mətbuatının, o cümlədən dünya mətbuatının da diqqət mərkəzindədir. Ölkə Prezidentinin xüsusilə Türkiyə-İsrail münasibətləri ilə bağlı dediyi fikirlər böyük marağa səbəb olub. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu qeyd edən dövlətimizin başçısı əlavə edib ki, bu iki ölkə arasında anlaşılmazlıq narahatedicidir: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”.

Dövlətimizin başçısının bu fikirləri bir neçə aspektdən əhəmiyyətli və diqqətəlayiqdir. Hesab edirəm ki, bu fikirlər ciddi şəkildə təhlil edilməli və həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin forumdakı çıxışı, xüsusilə də səsləndirdiyi bu fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyasına sadiqdir. Bu strategiya, ilk növbədə, region ölkələri olmaqla, dünya dövlətləri ilə sağlam, səmimi və bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulması və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdə tutur. Dünyada qeyri-sabitliyin, dini və etnik çəkişmələrin artdığı bir dövrdə Azərbaycan, dinlərarası və multikultural harmoniyanın, sabitliyin, dini və milli tolerantlığın hökm sürdüyü, bu dəyərlərə həm daxili, həm də xarici siyasətində xüsusi önəm verən nadir ölkələrdən biridir. Məhz bu səbəbdən Azərbaycan, uzun müddət ərzində həm Türkiyə, həm də İsrail kimi regional güclərlə sıx əlaqələr qurmağı bacaran unikal ölkə olaraq, bu mürəkkəb proseslərdə tərəfsiz mövqe sərgiləməyə, hər iki tərəflə strateji tərəfdaşlığı qorumağa və yenidən vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu nümayiş etdirir.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Respublikası uzaqdan və yaxından gələn çoxsaylı təhdidlərə, böhtan və iftiralara baxmayaraq, ölkə daxilində sabitliyi qorumaqla yanaşı, regionda da sabitliyin və təhlükəsizliyin təmin olunmasına ciddi səylər göstərir. Bu istiqamətin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğu, ölkə rəhbərliyinin bu məsələyə səmimi və həssas yanaşması, onun daim dövlətin siyasi gündəliyində yer alması və bu sahədə ardıcıl addımlar atılması ilə aydın şəkildə özünü göstərir.

Azərbaycanın atdığı bu addımlar qardaş Türkiyə və dost İsrail dövləti arasında ziddiyyətə deyil, əksinə, tərəfdaşlığa əsaslanan münasibətlərin təzahürüdür. Bu münasibətlər həm də gələcəkdə regionda yeni bir güc mərkəzinin formalaşmasına, müxtəlif problemlərin və məsələlərin kənar qüvvələrin, - çox zaman isə ziyanlı təsir göstərən “ayı xidməti”nin, - iştirakı olmadan, məhz region dövlətlərinin gücü və iştirakı ilə həllinə yönəlmiş səylərin bariz nümunəsidir. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, regionla bağlı məsələlər yalnız region dövlətlərinin imkanları və qarşılıqlı əməkdaşlığı çərçivəsində həll olunmalıdır.

Bütün bu faktlar bir daha sübut edir ki, dövlətimizin başçısı İlham Əliyev artıq yalnız ölkə miqyaslı siyasətçi kimi deyil, region və dünya miqyaslı nüfuzlu liderlər sırasında yer alan, qlobal məsələlərin həllinə töhfə verə biləcək səviyyədə bir siyasi xadim kimi müzakirə olunmalıdır. Onun qaldırdığı məsələlər və irəli sürdüyü mövqelər təkcə Azərbaycan və region üçün deyil, həm də bütün dünya üçün əhəmiyyət kəsb edir. Digər tərəfdən, Prezident İlham Əliyev təkcə uğurlu və nüfuzlu bir dövlət xadimi olmaqla kifayətlənmir, O, eyni zamanda, yüksək insani dəyərlərə sahib olan, “dosta-dost, düşmənə-düşmən” prinsipinə sadiq qalan bir liderdir. Onun narahatlığı yalnız Azərbaycanın vətəndaşları ilə məhdudlaşmır, O, regionun bütövlükdə sabitliyi və təhlükəsizliyi üçün məsuliyyət hissi daşıyır. Bugünkü dünyada riyakarlığın, xəyanətin, satqınlığın geniş yayıldığı bir dövrdə Azərbaycan Prezidenti dürüst, mərd və prinsipial mövqeyi ilə seçilən nadir siyasi lider obrazını nümayiş etdirir.

“Göründüyü kimi, Türkiyə-İsrail münasibətləri Azərbaycan üçün son dərəcə vacib və həssas bir məsələdir. Xüsusilə bu münasibətlərin gərginliyin pik həddinə çatdığı, Qərb mediasında hətta İsrail-Türkiyə müharibəsi ehtimalının müzakirə olunduğu bir dövrdə, Azərbaycanın bütün gücü ilə proseslərin müsbət məcraya yönəlməsinə, iki ölkə arasında yeni, nikbin, hər iki tərəf üçün sərfəli və şərəfli bir səhifənin açılmasına çalışması, təkcə əsl dost və müttəfiq davranışı deyil, eyni zamanda, təbii və məsuliyyətli mövqedir.

2010-cu ildə baş verən “Mavi Mərmərə” böhranından sonra kəskinləşən və müəyyən fasilələrlə davam edən Türkiyə-İsrail münasibətləri bu gün demək olar ki, tamamilə pozulmuş vəziyyətdədir. Bu münasibətlərin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi, perspektivlərinin nədən ibarət olacağı sual doğurur. Mövcud ziddiyyətlər hansı qüvvələrin maraqlarına xidmət edir və əksinə, hansı tərəflər bu münasibətlərin normallaşmasında maraqlıdır? Təməli 1949-cu ilin martında qoyulan və uzun illər hərbi, strateji və diplomatik əməkdaşlıqla xarakterizə olunan Türkiyə-İsrail münasibətlərinin bu səviyyəyə qədər zəifləməsinə səbəb nədir? Bu iki dövlət arasında münasibətlərin yaxşılaşmasına mane olan amillər hansılardır və onların aradan qaldırılması üçün hansı real addımlar atıla bilər?

Təbii ki, Türkiyə-İsrail münasibətlərində gərginliyin aradan qaldırılmasına, prosesin müsbət istiqamətə yönəlməsinə səmimi və xoşməramlı şəkildə töhfə verməyə çalışanlar olduğu kimi, əksinə, vəziyyəti daha da gərginləşdirməyə, suyu bulandırmağa və qığılcımı alovlandırmağa çalışan qüvvələr də az deyil, hətta deyə bilərik ki, sayca daha çoxdurlar. Bu baxımdan, Azərbaycan və onun dostlarının qarşısında dayananlar təkcə say üstünlüyü ilə deyil, həm də dini, milli, siyasi və ideoloji baxımdan müxtəlif və rəngarəng bir mənzərə yaradır”, - deyə Ə.Abbasbəyli vurğulayıb.

O qeyd edib ki, Yaxın Şərqdə söz sahibi olmaq uğrunda bir-biri ilə rəqabət aparan, hətta bu yolda bir-birlərini didib-parçalamağa hazır olan bəzi “İslam” və “ərəb” təəssübkeşləri nəinki həmin ərazidə yəhudi dövləti İsrailin varlığını qəbul edirlər, nə də vaxtilə təəbələri olduqları Osmanlı imperiyasının varisi olan Türkiyəyə isti münasibət bəsləyirlər. Siyasi və hərbi baxımdan kifayət qədər güclü və nüfuzlu olan bu iki dövlətin münasibətlərinin normallaşması, birgə əməkdaşlıq etməsi, təbii olaraq, həmin qüvvələrin maraqlarına uyğun gəlmir və onları ciddi şəkildə narahat edir. Digər tərəfdən, Suriyada hərbi bazalarını saxlamaq imkanları getdikcə azalan və Aralıq dənizinin şərqindəki mövqelərini qorumağa çalışan Rusiya, həmçinin “İslam” pərdəsi altında gizlənən, amma əslində şovinizm və imperializm məqsədi güdən qüvvələr də regionda ciddi təsir göstərirlər. Bu qüvvələr, xüsusən də Suriya ilə bağlı xəyalları uğursuzluğa uğramış, PKK, YPG və digər terrorçu təşkilatlarla əlaqələrini davam etdirərək, onları mütəmadi olaraq alət kimi istifadə edirlər. Beynəlxalq imperialist qüvvələr isə regiondakı bu proseslərdə barışdırıcı mövqe tutmaqdan uzaqdırlar və əmin-amanlıq arzusunda olanlardan deyillər.

Nəhayət, bizim üçün vacib olan bir digər detal da budur ki, hələ də “separatçılıq” və “revanşizm” havası ilə yaşayan, “faşist-daşnak” ünsürləri bu məsələlərdə maraqlı tərəflərdir. Onlar bütün imkanlardan istifadə edərək gərginliyi artırmaq məqsədilə qızışdırıcı mövqedə dayanırlar. Çürük düşüncələri və mənəviyyatı şübhəli olan bəzi fərdlər, nüfuzlu siyasi havadarlarının və maliyyə dayaqlarının dəstəyi ilə, müxtəlif vasitələrlə, o cümlədən Azərbaycan, İsrail və Türkiyə pasportu daşıyan şəxslərin “ucuz” xidmətlərindən istifadə edərək bu gərginliyi daha da dərinləşdirməyə çalışırlar.

“Lakin inanıram ki, prosesi qəsdən körükləmək və onsuz da zəif olan dünyamıza yeni fəlakətlər, faciələr gətirmək istəyən qara qüvvələr, bizə iki yaxın və doğma olan dövləti qarşı-qarşıya qoymağa və gərginliyi pik həddinə çatdırmağa nail ola bilməyəcəklər. Bu məsələni əngəlləyən bir çox səbəb mövcuddur:

- Həm türklər, həm yəhudilər, həm də azərbaycanlılar tarix boyunca bir-birinə faydalı olub, bir-birlərini qoruyub himayə ediblər. Tarixdə bu əlaqənin əksini sübut edən bir tək fakt belə tapıla bilməz.

-Bu, həmçinin qlobal geosiyasi maraqlar baxımından da mümkün olmayan bir haldır. Çünki NATO üzvü Türkiyənin ABŞ-ın ən yaxın müttəfiqlərindən biri və hazırda bəlkə də ən yaxını İsraillə üz-üzə gəlməsi, bütün bu geosiyasi sistemə, o cümlədən NATO-nun və ABŞ-ın nüfuzuna ciddi zərbə vurmuş olardı.

-Regionda toqquşan çoxsaylı maraqlar və qüvvələrin təhlili göstərir ki, İsrailin təhlükəsizliyinin müdafiəçilərinin əksəriyyəti, onun Türkiyə ilə münasibətlərinin normallaşmasını daha məqbul və faydalı hesab edirlər.

-Nəhayət, indiki vəziyyətdə İsrail-Türkiyə münasibətlərini dərhal və asanlıqla bərpa etmək çətin olsa da, inanıram ki, Azərbaycanın İsrail və Türkiyə arasında olan gərginliyi aradan qaldırmaq cəhdləri uğurlu olacaq. Azərbaycan, öz siyasi və diplomatik səyləri ilə bu əlaqələrin normallaşmasına nail olacaq və iki ölkə arasındakı əvvəlki əlaqələr bərpa ediləcək. Bu, həm də Azərbaycanın milli və dövlət maraqlarına tam uyğundur.

Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşlıq etdiyi İsrail arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı, əlaqələrin bərpası və bu münasibətlərin yeni bir formatda - Azərbaycan-Türkiyə-İsrail triosu olaraq qurulması, geniş bir coğrafiyada - Aralıq dənizi, Orta Şərq və Cənubi Qafqaz bölgəsinin siyasi mənzərəsinə mühüm çalarlar əlavə edər. Bu, yeni reallıqların formalaşmasına, yeni bir siyasi düzənin yaranmasına və iqtisadi inkişafın növbəti mərhələsinin başlanğıcına zəmin yaradardı. İsrail və Türkiyə arasındakı münasibətlərin bərpası və daha geniş, həm siyasi, həm hərbi, həm də iqtisadi üçtərəfli çoxşaxəli əlaqələrin qurulması, bu üç dövlətin inkişafına yeni impuls verərdi. Ümumilikdə bu müsbət dəyişikliklər, geniş bir bölgənin təhlükəsizliyinə müsbət təsir edər və regional sabitliyin möhkəmlənməsində əhəmiyyətli rol oynaya bilər”, - deyə siyasi şərhçi vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Növbəti bir neçə gün Ukrayna danışıqları üçün çox vacib olacaq

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

Vladimir Fekete: Papa Fransisk bütün dini liderlər üçün əsl nümunədir

Kiyevdə Rusiyanın kütləvi hücumları nəticəsində həlak olanlarla bağlı matəm günü elan olunub

Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib

Əbu-Dabidə Dünya Təbiəti Mühafizə konqresi keçiriləcək

Ursula Fon der Lyayen: Enerji çağırışlarına kollektiv cavab verilməlidir

Mərakeşin paytaxtında “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib

Finlandiyadan İsveçrəyə uçan təyyarə sərxoş sərnişinə görə Berlinə məcburi eniş edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

Qarabağa səfər edən hindistanlı səyyah: Ölkənin bu hissəsi çox fərqlidir, heyrətamizdir

TÜBİTAK kosmik texnologiyalar sahəsindəki təcrübəsini “Azərkosmos” ilə bölüşəcək

Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib

“Azərkosmos” və Özbəkistanın “Uz-Sat” şirkəti arasında memorandum imzalanıb

“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar

Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub

“Global Times”: Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir

“Azərkosmos” və Macarıstanın “4iG” şirkəti yeni strateji əməkdaşlığa imza atdılar

“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib

Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır VİDEO

Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır VİDEO

Dünyanın məşhur səyyahları Ağdama gəliblər  YENİLƏNİB FOTO  VİDEO

Dünyanın məşhur səyyahları Ağdama gəliblər  YENİLƏNİB FOTO VİDEO

Alper Gezeravcı: Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından biri olacaq

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi seçilib

Azərbaycan boksçusu Çempionlar Gecəsində döyüşəcək

Avropa İttifaqı köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi planlaşdırır

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək

Folklorşünas-alim Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil edilib

"Azərreyl"in voleybolçusu: İnam sayəsində çempion olduq

İngiltərə və Uelsdə şəxsi oğurluq halları 22 faiz artıb

İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir VİDEO

İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir VİDEO

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” - elmi-praktik konfrans

Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək

Naxçıvanda “Hədəf-2025” təlimi reallaşıb

"Azərreyl"in baş məşqçisi: Geri dönüş edəcəyimizə inanırdım

Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Dünyanı xilas edə biləcək çağırışlar

Azərbaycanın basketbol klublarının Çempionlar Liqasında iştirakı müzakirə olunub

Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın iştirakı ilə maliyyə konfransı keçirilib VİDEO

Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın iştirakı ilə maliyyə konfransı keçirilib VİDEO

“Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar verilib

Voleybol üzrə Azərbaycan çempionu olan "Azərreyl" komandası mükafatlandırılıb

Böyük Britaniya sahillərində nəhəng aysberqlərin izləri aşkar edilib

Xəbərdarlıq: İntensiv yağış yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək

Dünyanın tanınmış alimləri, sənaye nümayəndələri və tədqiqatçıları ADNSU-da bir araya gəlib

Avropalıların öz iqtisadiyyatlarına inamı azalıb

Bişkekdəki "Manas” Milli Teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti olub

Türkiyə Müdafiə Nazirliyi: 1915-ci il hadisələri zamanı ermənilərin qətlə yetirdikləri günahsız türklərin xatirəsini anırıq

Fransa Hərbi Dəniz Qüvvələrinin üzvü Aralıq dənizində itkin düşüb

“Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə keçirilib

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

Su əsaslı ikifazalı sistemlər və onların tətbiq perspektivləri - elmi seminar

Vatikanda Roma Papası ilə vida mərasimi keçirilir

"Azərreyl" komandası qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi olub

ADPU-da “Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü” antologiyası təqdim edilib

“Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: imkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Media: Fransa XİN-in rəhbəri Suriyadakı terrorçuların başçısı ilə görüş elan edib

KOBİA sədri: Rəqəmsal texnologiyaların inkişafı ticarət şəbəkələrinə müsbət təsir göstərir

Qazaxıstan və Əfqanıstan dəmir yolu tikintisi ilə bağlı razılığa gəliblər

“Prezident Kuboku”nda iştirak edəcək Azərbaycan parataekvondoçuları bəlli olub

“MonacoSAT” şirkəti “Azərkosmos”la əməkdaşlıqda maraqlıdır

Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib

Hərbi qulluqçumuz NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub

Ukrayna mətbuatı Prezident İlham Əliyevin Çinə səfərinə dair məqalələr dərc edib

“Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans keçirilib

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Avarçəkmə üzrə “Prezident Kuboku” reqatasının rəsmi paradının vaxtı açıqlanıb

BMU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq müzakirə olunub

Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 200-ə yaxın benefisiara xidmət göstərilir

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri bu gün imtahan veriblər

AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi qeyd edilib

BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb VİDEO

Vyanada Məhəmməd Əsəd bəyin xatirəsi anılıb

Tramp varlıların ABŞ-dan mümkün qaçışının səbəbini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi general-mayor Həzi Aslanov haqqında materiallar dərc edib

Azərbaycanlı astronavt Tuva Cihangir Atasevər: Kosmosda qazandığımız texnologiyalardan bütün Türk dünyası faydalanacaq

Birləşmiş Krallıq ABŞ-dan avtomobil idxalına tətbiq olunan rüsumları kəskin azalda bilər

“İKT-də Qızlar Günü” münasibətilə tədbir təşkil edilib

Türkmənistan portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb

Türkiyədə GSM xətti vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib

Ali təhsil sistemində ən vacib addım beynəlxalq əməkdaşlığın qurulmasıdır – ekspert

Azərbaycan-Çin Universitetinin açılması ölkəmizə Şərq təhsilinin təcrübəsini gətirə bilər – ekspert

Masallıda 23 kilometrlik avtomobil yolunun yenidən qurulmasına başlanılıb VİDEO

Masallıda 23 kilometrlik avtomobil yolunun yenidən qurulmasına başlanılıb VİDEO

Komissiya sədri: Ermənistan Avropa İttifaqı missiyası və personalına kəşfiyyat, casus fəaliyyəti üçün şərait yaradıb

Qubada 3 nəfəri it dişləyib VİDEO

Qubada 3 nəfəri it dişləyib VİDEO

Dünya səyyahları Xankəndidə  YENİLƏNİB FOTO VİDEO

Dünya səyyahları Xankəndidə YENİLƏNİB FOTO VİDEO

Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək

Çin XİN rəsmisi: Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib VİDEO

Çin XİN rəsmisi: Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib VİDEO

Coğrafiyaçı alim məktəbliləri qlobal istiləşmənin fəsadları barədə məlumatlandırıb

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələrin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AZAL daha iki kurort şəhərinə uçuşlara başlayır

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında bürünc medal qazana bilər

Bolqarıstan mətbuatı Azərbaycanın üzləşdiyi mina problemindən yazıb

Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda dinləmələr keçirilir

DİM Azərbaycan dili imtahanı iştirakçılarına müraciət edib