Türkiyə Prezidenti Albaniyaya yola düşüb

Ankara, 16 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin 6-cı sammitində iştirak etmək üçün mayın 16-da Albaniyaya yola düşüb.
AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin başçısının Tiranada dəyirmi masalarda iştirak edəcəyi, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.
Gözlənilir ki, Rəcəb Tayyib Ərdoğan sammit iştirakçılarına regional və qlobal proseslər, o cümlədən Ukrayna ilə Rusiya arasında sülhün perspektivləri ilə bağlı Ankaranın mövqeyi barədə məlumat verəcək.
Bildirilir ki, Avropa Siyasi Birliyinin 6-cı sammitində 47 ölkənin liderləri ilə yanaşı, həmçinin NATO, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcəklər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [22:34]
İranın ABŞ aviabazasına endirdiyi zərbədə heç bir itki qeydə alınmayıb
- 23.06.2025 [21:29]
ABŞ-ın Bəhreyn, Küveyt və Qətərdəki bazaları həyəcan vəziyyətindədir
- 23.06.2025 [21:03]
İRİB: İran Qətərdə ABŞ-ın Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb
- 23.06.2025 [19:03]
Serbiya silah-sursat ixracını dayandırıb
- 23.06.2025 [19:00]
İtaliya İrandakı səfirliyini Omana köçürə bilər
- 23.06.2025 [18:14]
Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs olunub
- 23.06.2025 [17:47]