DÜNYA
Türkiyə Prezidenti: mayın 16-dan etibarən növbəti dəfə dörd günlük evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq
Ankara, 11 may, AZƏRTAC
Türkiyə hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə növbəti iclasını keçirib. Dövlət başçısı iclasdan sonra ölkə ictimaiyyətinə müraciət edib.
AZƏRTAC xəbər verir ki, çıxışında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin vəziyyəti, görülən işlərin nəticəsi, mövcud risklərin yaratdığı təhlükələrin baş verməməsi üçün tələblərə geniş yer verib. Vurğulanıb ki, mövcud məhdudiyyətlərin aradan qaldırılması heç kəsi arxayınlaşdırmamalı, kütləvi toplaşma qadağası, sosial məsafə və təmizlik kimi tələbələrə əməl edilməlidir.
Prezident vurğulayıb ki, Türkiyə ictimaiyyəti COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərində əməl etməklə prosesə böyük dəstək göstərib. “Biz bizə yetərik Türkiyəm kampaniyası” çərçivəsində 2 milyard Türkiyə lirəsi para toplanıb, yaşlı və aztəminatlı ailələrə hərtərəfli kömək göstərilib. Mayın 16-dan etibarən növbəti dəfə 4 gün evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında gündəlikdə olan digər məsələlər barədə də ictimaiyyəti məlumatlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara