Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçiriləcək
Bakı, 5 iyul, AZƏRTAC
Avqustda Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçiriləcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu ənənəvi mətbuat konfransında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Türkiyə rəsmisi qeyd edib ki, üçtərəfli sammitdə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriyanın İdlib bölgəsindəki vəziyyəti, regionda təhlükəsizlik məsələlərini, digər beynəlxalq problemləri müzakirə edəcəklər. Onun sözlərinə görə, digər yüksəksəviyyəli görüş isə Türkiyə, Almaniya, Rusiya və Fransa arasında keçiriləcək. Əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət olacağı bu sammit İstanbulda Türkiyə Prezidentinin sədrliyi ilə BMT-nin Baş Assambleyası ərəfəsində təşkil ediləcək.
İ.Kalın Rusiyadan S-400 raket komplekslərinin alınması məsələsinə də toxunub. Bildirib ki, bu silahlar tezliklər Türkiyəyə gətiriləcək. O əlavə edib ki, bu müdafiə sistemi digər ölkələrin, xüsusilə NATO-nun təhlükəsizlik sisteminə təhlükə törətmir. Kalın qeyd edib ki, raket sistemlərinin Türkiyənin hansı bölgəsində yerləşdiriləcəyinə isə Silahlı Qüvvələrin Baş Komandanlığı qərar verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]