TÜRKİYƏ TÜRKMƏNİSTAN TƏBİİ QAZINI ÖZ ƏRAZİSİNDƏN NƏQL ETMƏK ÜÇÜN SƏYLƏRİNİ ARTIRIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ankarada səfərdə olan Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xocaməhəmməd Məhəmmədovun Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşünün əsas mövzusu Türkmənistan təbii qazının Türkiyə ərazisindən Avropaya nəqli məsələsi olmuşdur. Rəsmi Ankara əmin etmişdir ki, mavi yanacağın təhlükəsiz və əlverişli şərtlərlə nəqli üçün bütün tədbirləri görməyə hazırdır.
Bu məsələ Ankarada keçirilmiş Türkiyə-Türkmənistan hökumətlərarası komissiyanın iclasında da diqqət mərkəzində olmuşdur. Türkiyənin dövlət naziri Zəfər Çağlayan bildirmişdir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 750 milyon dollara çatmışdır ki, bunun da böyük hissəsi inşaat sektorunun payına düşür. Türkiyə gələcəkdə Türkmənistanla enerji sahəsində əməkdaşlıq etmək istəyir və Türkmənistan qazının Nabukko kəməri ilə nəqli də yaxın gələcəyin ən mühüm layihələrindən biri ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]