Türkiyə və Cənubi Koreya strateji tərəfdaşlığı genişləndirəcəklər
Bakı, 2 may, AZƏRTAC
Koreya Respublikasının Prezidenti Mun Ce-in və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında ticarət, təhsil, texnologiya, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Koreya Respublikasına rəsmi səfəri zamanı dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin davam etdiriləcəyini bildiriblər.
Türkiyə dövlətinin başçısı ölkəsinin Koreya yarımadasının nüvə silahsızlaşdırılması və daimi sülhün yaradılmasını dəstəklədiyini bəyan edib.
Dövlət başçılarının görüşündən sonra iki ölkə arasında müxtəlif sahələrə dair sənədlərin imzalanması mərasimi olub.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Koreya Milli Assambleyasının sədri ilə də görüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]