Türkiyə xam neft idxalını artırıb

Bakı, 27 noyabr, AZƏRTAC
Türkiyədə xam neft idxalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, sentyabrda Türkiyənin neft və neft məhsulları idxalı ötən ilin eyni ayına nisbətən 17,2 faiz artaraq 3 milyon 939 min 776 ton olub. Ay ərzində xam neft idxalı isə 29,5 faiz çoxalaraq 2 milyon 691 min 931 ton təşkil edib.
Türkiyə sentyabrda İraqdan 981 min 535 ton, Rusiyadan 945 min 148 ton, Qazaxıstandan isə 366 min 245 min ton neft alıb.
Qeyd edək ki, Türkiyə ötən il 38 milyon 711 min ton, 2017-ci ildə 42,7 milyon ton, 2016-cı ildə 40 milyon ton, 2015-ci ildə 39,6 milyon ton, 2014-cü ildə 32,6 milyon ton və 2013-cü ildə isə 18,6 milyon ton neft və neft məhsulları idxal edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [17:41]
Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub
- 16.05.2025 [17:03]
Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib
- 16.05.2025 [17:00]
Donald Tramp: “Biz Putinlə görüşməliyik”
- 16.05.2025 [16:33]
Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb
- 16.05.2025 [15:39]
Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb
- 16.05.2025 [15:23]