Türkiyə XİN: Dəməşqdə törədilən terror aktı Suriyada sabitlik və təhlükəsizliyi hədəfə alır

İstanbul, 23 iyun, Günel Karatepe, AZƏRTAC
Dəməşqdəki kilsədə törədilən terror aktı Suriyada sabitlik və təhlükəsizliyin təmini ilə bağlı səyləri hədəfə alır, əmin-amanlığı və sülhü pozmaq məqsədi güdür.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Suriyanın Dəməşq şəhəri yaxınlığındakı Müqəddəs Elias kilsəsində törədilən partlayışla bağlı açıqlamasında yer alıb.
Türkiyə XİN Suriya rəhbərliyinin və xalqının birlik və həmrəyliyini qoruyacağına, ölkədə xaos yaratmaq istəyən terror təşkilatları ilə mübarizəni qətiyyətlə davam etdirəcəyinə inamını ifadə edib. Bildirilib ki, Türkiyə, Suriya xalqının yanında olmağa və hər cür dəstəyi göstərməyə davam edəcək.
Nazirlik hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və Suriya xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [17:45]
İspaniyada ənənəvi öküz qaçışı zamanı bir neçə nəfər xəsarət alıb
- 08.07.2025 [17:21]
Bolqarıstan 2026-cı ildə avrozonaya qoşulacaq
- 08.07.2025 [16:37]
Bolqarıstan gələn il yanvarın 1-dən avrozonaya daxil olacaq
- 08.07.2025 [16:17]
Qırmızı dənizdə PUA hücumuna məruz qalan gəmidə iki nəfər həlak olub
- 08.07.2025 [16:03]
Çinin Baş naziri: Pekin çoxtərəfli ticarət sistemini qorumağa davam edəcək
- 08.07.2025 [15:32]