Türkiyədə atom sahəsində istifadə olunan maddə ələ keçirilib
Ankara, 6 iyul, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələri Bolu şəhərində nüvə silahlarının başlıqlarının hazırlanmasında və atom elektrik stansiyalarında istifadə olunan kalifornium tərkibli maddə ələ keçirib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, xüsusi qabda saxlanılan maddə bir avtomobildə aparılan axtarış zamanı aşkar olunub. Çəkisi 18,01 qram olan maddənin qiyməti təxminən 72 milyon ABŞ dollarıdır. Hadisə ilə bağlı başlanan istintaq nəticəsində 5 nəfər saxlanılıb. Türkiyə Atom Enerjisi Təşkilatı ələ keçirilən maddə ilə bağlı aparılan tədqiqatda iştirak edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]