Türkiyədə Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə rəsmi mərasim keçirilib
Çanaqqala, 18 mart, AZƏRTAC
Türkiyənin Çanaqqala şəhərində Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, hökumət və dövlət nümayəndələrinin qatıldığı rəsmi mərasimdə Türkiyədə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimdə çıxış edib.
Çanaqqala şəhərindəki Cümhuriyyət meydanında təşkil olunan mərasimdə hökumət adından Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün heykəli önünə əklil qoyulub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim rəsmi dəvətlə mərasimdə iştirak edib.
Xatırladaq ki, Çanaqqala zəfərinin 103-cü ildönümü və Çanaqqala şəhidlərinin anma günü münasibətlə Türkiyənin bütün ərazisində bayram tədbirləri keçirilir, küçə və meydanlar bayramsayağı bəzədilib. Bayram mərasimləri gün ərzində davam edəcək.
Birinci Dünya müharibəsi zamanı Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük uğursuzluğa düçar olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Çanaqqala
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]