Türkiyədə Əmək və Həmrəylik Günü qeyd olunur
İstanbul, 1 may, AZƏRTAC
Türkiyədə 1 may - Əmək və Həmrəylik Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, ölkədə əmək şüarları ilə mitinq və yürüşlər təşkil olunub. Hökumət təxribatçı qüvvələrin pozuculuq cəhdlərinin qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri görüb. İcazəli mitinq və yürüşlər üçün yerlər müəyyən olunub. Xəbərdarlıq edilib ki, əvvəlcədən razılaşdırılmayan mitinq və yürüşlərə icazə verilməyəcək.
Qeyd edək ki, uzun illərdir Türkiyədə mayın 1-də bəzi sosialist təmayüllü siyasi partiyaların təşkil etdikləri yürüş-mitinqlər ciddi təxribatlarla yadda qalır. Yanğınlar törədilir, nəqliyyat vasitələrinə, dövlət və əhaliyə qarşı zor tətbiq olunur. Son illər hökumət bu problemlərdən qurtarmaq üçün rəsmi olaraq mayın 1-nin Əmək və Həmrəylik Günü kimi qeyd olunmasına icazə verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]