Türkiyədə saxta spirtli içkidən zəhərlənənlərin sayı artmaqdadır
Ankara, 4 iyul, AZƏRTAC
Türkiyənin Mersin vilayətində saxta spirtli içkidən zəhərlənənlərin sayı artmaqdadır.
AZƏRTAC xəbər verir ki, daha 5 nəfərin xəstəxanaya yerləşdirilməsi nəticəsində zəhərlənmə diaqnozu ilə müalicə alanların sayı 15-ə çatıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Qeyd edək ki, son günlər Mersində saxta spirtli içkidən zəhərlənmə nəticəsində beş nəfər ölüb.
İyulun 2-də Türkiyə polisi saxta spirtli içki istehsalına və yayılmasına qarşı geniş əməliyyat keçirib. Nəticədə təkcə bir adresdən 3300 şüşə saxta spirtli içki aşkar edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]