İQTİSADİYYAT
Türkiyədən Azərbaycana plastik məhsulların ixracı artmışdır
Bakı, 19 fevral (AZƏRTAC). 2011-ci ildə Azərbaycan Türkiyədən ən çox plastik məhsullar idxal edən ölkələrin ilk onluğunda qərarlaşmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiyə Plastik Sənayeçilər Araşdırma, İnkişaf və Təhsil Mərkəzi”nin 2011-ci ilə dair hesabatında məlumat verilmişdir.
Türkiyə ötən ilin nəticələrinə əsasən, plastik məhsulların istehsalına görə Almaniya və İtaliyadan sonra Avropada 3-cü yerə çıxmışdır. İstehsalın artması plastik məhsulların ixrac həcminə də təsir etmişdir.
Hesabatda bildirilir ki, Türkiyənin plastik məhsulları dünyanın 200-dək ölkəsinə ixrac olunur. İxracın 55 faizi 10 ölkənin - Azərbaycan, Almaniya, Rusiya, İran, Fransa, İngiltərə, Rumıniya, Bolqarıstan, Gürcüstan və İraqın payına düşür.