Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29

Türkiyəli ekspert: COP29-un qərarları ekoloji sahədə daha cəsarətli addımların əsası ola bilər - MÜSAHİBƏ

Türkiyəli ekspert: COP29-un qərarları ekoloji sahədə daha cəsarətli addımların əsası ola bilər - MÜSAHİBƏ

Ankara, 4 noyabr, AZƏRTAC

Türkiyənin Sabancı Universitetinin iqlim tədqiqatları üzrə əlaqələndiricisi, elmlər doktoru Ümit Şahin AZƏRTAC-a müsahibəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı gözləntilərini bölüşüb.

- Paris Sazişinin tələbləri, COP28 və Gələcək Paktının qərarları fonunda beynəlxalq ictimaiyyət tərəfindən atılan bütün addımlara baxmayaraq, ekoloji sahədə qlobal əməkdaşlıq yoxdur. Dövlətlər öz öhdəliklərini yerinə yetirməyi gecikdirir. Sizcə, COP29 platforması bizə vəziyyəti dəyişməyə və bəşəriyyət üçün sıçrayış nöqtəsinə çevrilməyə imkan verəcəkmi?

- BMT-nin bundan əvvəl Dubayda keçirilən iqlim konfransı (COP28) zamanı ilk dəfə olaraq qazıntı yanacaqları qlobal istiləşmənin əsas səbəbi kimi tanınıb. Eyni zamanda, COP28-in yekun sənədində mədən yanacağı istehlakının azaldılması zərurəti öz əksini tapıb. Qazıntı yanacağı istehsal edən bir ölkədə təşkil edilən konfrans zamanı belə bir qərarın qəbul edilməsi əlamətdardır.

Eyni zamanda, fakt budur ki, enerji şirkətlərinin lobbiləri dövlətlərin ekoloji öhdəliklərinin icrasını ləngidir. Baxmayaraq ki, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən enerji istehsalının üç dəfə artırılması, eləcə də Beynəlxalq Enerji Agentliyinin 2023 və 2024-cü illərdə külək və günəş enerjisi gücündə rekord artıma dair hesabatları yaxın illərdə bu yanacaqdan istifadənin sona çatdırılmasını proqnozlaşdırmağa hər cür əsas verir.

Belə görünür ki, COP29 çərçivəsində sıçrayışlı addım 2050-ci ilə qədər qazıntı yanacaqlarından tamamilə imtina etmək qərarı ola bilər. Belə bir addım enerji şirkətlərinin yaxın gələcəkdə digər fəaliyyət sahələrinə keçməsinə siqnal olacaq və dövlətlər ətraf mühitin mühafizəsi məsələlərində daha qətiyyətli addımlar üçün əsaslar əldə edəcəklər.

Bakıda keçiriləcək COP29 həm də iqlim maliyyəsi sahəsində mühüm qərarların qəbulu üzrə mühüm platforma olacaq. Üstəlik, məsələ “Yeni Kollektiv Kəmiyyət Hədəfi” ilə bağlı razılaşma ilə məhdudlaşmamalıdır. İnkişaf etməkdə olan ölkələr üçün illik maliyyə ən azı 1 milyard dollara qədər artırılmalıdır. Bunun COP29-da ən çox müzakirə edilən məsələlərdən biri olacağı gözlənilir.

Əgər iqlimin maliyyələşdirilməsi artırılsa, eləcə də təbii fəlakətlər nəticəsində yaranan itki və zərərin uyğunlaşma və kompensasiya üzrə effektiv mexanizmi yaradılsa, həmçinin dövlətlərin təmənnasız əsasda töhfə verdikləri təqdirdə iqlim gündəliyi ilə bağlı bir çox problemlər aradan qalxa bilər. Beləliklə, 2025-ci ildə dövlətlər daha iddialı NDCs-ləri - İqlim Dəyişikliyi ilə Mübarizə üçün Milli Səviyyədə Töhfələri dərc edə bilər.

Bu baxımdan, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın qazıntı yanacağı hasil edən dövlətləri iqlim maliyyəsi donorları sırasına daxil etmək təşəbbüsü xüsusilə əhəmiyyətli görünür.

- Çoxsaylı iqlim sazişlərində iştirakı və aktiv ekoloji siyasətləri sayəsində Türkiyə haqlı olaraq ətraf mühitin mühafizəsi sahəsində aparıcı ölkələr sırasında yer alır. Eyni zamanda, Ankaranın 2053-cü ilədək istixana qazı emissiyalarını sıfra endirmək məqsədindən çox uzaq olduğunu qəbul etmək lazımdır. COP29 Türkiyəni bu məqsədə yaxınlaşdıra bilərmi?

- Türkiyənin hazırladığı ilk və yenilənmiş NDCs-ə atmosferə emissiyaların azaldılması ilə bağlı real öhdəliklər daxil edilməyib və buna görə də “qeyri-kafi” olub. 2025-ci ildə Ankara daha bir oxşar sənədi dərc etməyi planlaşdırır (NDC 3.0).

Qarşıdan gələn NDCs-də 2053-cü ilə qədər emissiyaların sıfırlanması hədəfi nəzərə alınmalı və buna görə də 2035-ci ilə qədər olan dövr üçün havanın çirklənməsinin azaldılması öhdəliyi daxil edilməlidir. Bundan əlavə, sənəddə kömürdən istifadənin mərhələli şəkildə dayandırılması üzrə addımların rəsmi cədvəli əks olunmalıdır.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi bu yaxınlarda ölkənin bərpaolunan enerji mənbələri sahəsində yenilənmiş proqramını elan edib. Bu proqram 2035-ci ilə qədər külək, günəş və su elektrik stansiyalarının gücünün dörd dəfə artırılmasını nəzərdə tutur. Bu, çox mühüm hədəfdir. Kömür istehlakının mərhələli şəkildə dayandırılması, habelə sənaye və nəqliyyat üçün güclü ekoloji hədəflərin inkişafı ilə birlikdə Türkiyədə havanın çirklənməsinin sürətlə azalacağını görəcəyik. Ölkəmiz mədən yanacağı yataqları ilə deyil, bərpaolunan enerji mənbələri ilə zəngindir. Eyni zamanda, Türkiyə iqtisadiyyatı bərpaolunan enerjinin inkişafı üçün müvafiq potensiala malikdir.

COP29 bütün dövlətlərin cəsarətli addımları, eləcə də iqlim maliyyəsinin genişləndirilməsi üçün əsas ola bilər və olmalıdır. Əminəm ki, Bakıda keçiriləcək iqlim müzakirələri Türkiyənin iqlim siyasətinin təkmilləşdirilməsinə də töhfə verəcək.

- İqlim problemlərinin həlli yollarına dair sizə məxsus olan təşəbbüs və ideyaları bölüşərdiniz və bu barədə ictimaiyyətə məlumat verərdiniz. Sizcə, ekologiyanın yaxşılaşdırılmasında universitetlərin və qeyri-hökumət təşkilatlarının rolu nədən ibarətdir?

- Son illərdə ekoloji gündəliyin aktuallığı artıb. İnsanlar ekoloji problemlərə daha çox maraq göstərirlər. Bütün bunlar ondan irəli gəlir ki, cəmiyyətlər iqlim böhranının nəticələrini daha güclü hiss etməyə başlayıblar.

İndiki inkişaf mərhələsində bütün ölkələr artan təbii fəlakətlərin və anomal temperaturun nəticələri ilə üzləşməyə başlayıblar.

Aydın oldu ki, iqlim dəyişikliyi ilə mübarizə səyləri ölkələrə öz iqtisadiyyatlarını şaxələndirməyə və yeni texnologiyalar tətbiq etməyə imkan verir ki, bu da məşğulluğu artırır, həmçinin iqtisadi inkişafa təkan verir.

Bu prosesdə ali təhsil müəssisələri və QHT-lər ön sıralarda yer alır. Tədqiqat, modelləşdirmə və beynəlxalq əməkdaşlıq hökumətlərə iqlim dəyişikliyinə daha tez uyğunlaşmaq imkanı verir.

Bundan əlavə, qeyri-hökumət təşkilatları və fəallar digər ölkələrin ekoloji strukturları ilə “dialoq körpüsü”nə çevrilirlər ki, bu da COP qərarlarına müsbət təsir göstərir. Bunun bariz göstəricisi Paris Sazişinin mətninə qlobal temperaturun 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması məqsədinin daxil edilməsi oldu.

Mədən yanacaqlarının mərhələli şəkildə ləğv edilməsinə dair qərarla bağlı müzakirələr də ilk dəfə olaraq elmi ictimaiyyət və ictimai təşkilatlar tərəfindən başladılıb. Ona görə də universitetlərə və QHT-lərə fəaliyyət göstərmək üçün daha geniş imkanların yaradılması vacibdir.

İqlim dəyişikliyi ilə mübarizə üçün sürətli addımların atılmasına dair təşəbbüslərə gəlincə, onları aşağıdakı ardıcıllıqla sıralamaq olar:

Birincisi, yeni neft və qaz yataqlarının axtarışı üçün lisenziyaların ləğvi və 2050-ci ilə qədər mədən yanacaqlarından istifadənin sona çatmasına səbəb olacaq davam edən kəşfiyyat işlərinin dayandırılması. Kömürlə işləyən yeni elektrik stansiyalarının tikintisinə qadağa;

İkincisi, bütün dövlətlər 2035-ci ilə qədər hava emissiyalarını azaltmaq üçün aydın öhdəliklər dərc etməlidir;

Üçüncüsü, inkişaf etmiş ölkələr 2030-cu ilə qədər kömürlə işləyən elektrik stansiyalarını bağlamalı, inkişaf etməkdə olan ölkələr isə 2040-cı ilə qədər analoji addım atmalıdır;

Dördüncüsü, 2050-ci ilin birinci yarısına qədər olan dövrdə həm elektrik enerjisi istehsalı, həm də isitmə üçün təbii qazdan istifadənin mərhələli şəkildə dayandırılması üçün tədbirlər görmək;

Beşincisi, 2030-cu ildən başlayaraq sırf elektrik enerjisi və ya yaşıl hidrogenlə işləyən avtomobillərin satışına başlanılması. 2050-ci ilə qədər daxiliyanma mühərriklərindən tamamilə imtina edilməsi;

Altıncısı, xüsusilə polad və sement sektorlarında 2050-ci illərin əvvəllərinə qədər karbon qazı emissiyalarını aradan qaldıracaq yaşıl texnologiyaların fəal şəkildə tətbiqi;

Nəhayət, mədən yanacağı sektoruna dövlət dəstəyinin dayandırılması.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “Könüllülər həftəsi”nə start verilib

® “ABB mobile” tətbiqi yüksək təhlükəsizlik sertifikatı alıb!

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VII Hesabat-Seçki Konfransı başa çatıb

® “Ziraat Bank Azərbaycan” müştərilərinə “MilliÖn” ödəniş terminalları vasitəsilə mədaxil imkanını yaradıb!

® “Unibank”ın “Əjdaha” lotereyasının dördüncü tirajının qalibləri seçilib

Kənd təsərrüfatı naziri Xaçmazda fermerlərin müraciətlərini dinləyib

Koreyada tələbələr üçün Azərbaycan dili üzrə nitq müsabiqəsi keçirilib

Qvineya-Bisau ilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Şuşanın məşhur Mehmandarovlar nəsli və onların mühüm xidmətləri

Qahirə ənənəvi beynəlxalq kitab sərgisinə ev sahibliyinə hazırlaşır

Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

Gənc liderlər MDB ölkələrində könüllülər hərəkatı ilinə yekun vurublar

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb

Bişkekdə “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanır

Dövlət katibi: Moldova Azərbaycandan Avropaya yaşıl enerji təchizatı layihəsində maraqlıdır – MÜSAHİBƏ

Ər-Riyadda metro istifadəyə verilib

ADAU-EU ikili diplom proqramı növbəti 5 il üçün akkreditasiya olunub

BDU ilə Türkiyənin Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

Yetkinlik yaşına çatmayanların aqressiv davranışlarına həsr edilmiş konfrans təşkil olunub

Londonun ən bahalı yaşayış layihəsində qiymət 35 milyon funt sterlinqdən başlayacaq

Həvəskar musiqiçi zəruri avadanlıqlarla təmin olunub

Türkiyəli yaşlı qadın dil öyrənmək üçün Qazaxıstanda tələbə olub

“Neftçi” basketbol klubunun yeni baş məşqçisi: Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm

Vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - RƏY

Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı məlum olub

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş

BMU-nun tələbəsi cüdo üzrə Azərbaycan çempionatında II yeri tutub

ADNSU tələbələri Qazaxıstanda “Tələbə liderlərinin sammiti”ndə ilk üç yerə layiq görülüblər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib YENİLƏNİB

Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yenilənib

MSK sədri: 685 bələdiyyə üzrə ümumilikdə 8071 üzv seçiləcək

Azərbaycan ilə Qvineya-Bisau arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

MSK: Bələdiyyə seçkilərində 21 nəfər səlahiyyətli nümayəndə kimi qeydə alınıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

“Gənc liderlər” forumu keçirilib

Arif Əsədov: “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Neftçi” ruhdan düşdü

® Müasir İncəsənət Muzeyində “Zero Waste” sərgisi keçirilir

Zelenski: Ukraynanın itirilən əraziləri geri qaytarmağa gücü çatmır

ADPU: Bartın Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub

ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin yaratdığı yeni imkanlar haqqında məlumatlandırıb

Elton Con görmə qabiliyyətini itirdiyini açıqlayıb

Tovuz arıçıları: Hələ ki, “tropi” paraziti müşahidə edilmir - REPORTAJ VİDEO

İranın XİN başçısı Türkiyədə səfərdədir VİDEO

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək

Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar

“Türk Dünyasında Qadın” simpoziumunda Azərbaycan qadınlarının hüquqlarından danışılıb

Məşğulluq layihəsinin iştirakçısı: Avadanlıqlarla təmin olunmağım qazancıma da müsbət təsir göstərəcək

BMU komandalarının startapları Astanada təqdim olunub

Azərbaycan – İsveç oyununun hakimləri müəyyənləşib

Prokurorluğa qəbulla əlaqədar müsabiqənin ikinсi mərhələsinin nəticələri açıqlanıb

“Qarabağ”a 2 qol vuran gürcüstanlı hücumçu Fransada qarət olunub

AzMİU-da tullantıların idarə edilməsinə dair maarifləndirici seminar təşkil olunub

ANAMA: Ötən ay 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycanın və Özbəkistanın həmkarlar ittifaqları arasındakı münasibətlər müzakirə olunub

Qvineya-Bisaunun nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

ADPU-nun müəllimləri Bartın Universitetində tədris prosesində iştirak ediblər

“Hürriyyet” qəzeti: Ankaradakı beynəlxalq qurultayda Azərbaycandan 86 mediator iştirak edib

SMART hədəflər, peşəkar imic və motivasiya

Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib

Ülviyyə Zülfiqar: Qayıdış hüququna dair konfransda 52 ölkədən nümayəndələr iştirak edəcəklər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

Rəvan Həsənov: Multikulturalizm siyasəti mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün vacibdir

Türk gənc fəallar COP29-u ətraf mühit sahəsində təcrübənin toplanması üçün mühüm töhfə adlandırıblar

“Politico”: Avropada qeyri-qanuni miqrantların deportasiyası qaydaları dəyişdiriləcək

Hakan Fidan NATO Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edəcək

BDU tələbələri Rusiyanın Roskonqress Fondunun təcrübə kursunda iştirak ediblər

Türkmənistanda Azərbaycan vətəndaşlarına pasport və digər konsulluq xidmətləri göstərilib

Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub

NATO Rusiya ilə sərhədin yaxınlığında böyük təlimlərə başlayır

Şotlandiya KES-lərində çalışacaq işçilər üçün 1,6 milyon funt sterlinq dəyərində təlim mərkəzi açılır

“Gilavar Foto Klubu”nun üzvləri Moskvada TASS-ın seminarında iştirak ediblər

Azərbaycanın U-19 millisi seçmə mərhələdə çıxışını başa vurub

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb

Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib

Azərbaycan məktəbliləri Dünya Riyaziyyat Çempionatında 1 qızıl, 12 bürünc və 2 gümüş medal qazanıblar

İxracdan əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmamaqda şübhəli bilinən daha bir neçə nəfər ifşa edilib

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Gürcüstandan olan güləşçimiz beynəlxalq turnirin qalibi olub

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Macarıstanda təqaüdlə təhsil almaq imkanı: sənəd qəbuluna başlanılıb

Albaniyalı hücumçu qış fasiləsində "Qarabağ"dan ayrıla bilər

Qərbi Azərbaycandan olan 75 yaşlı Xanım nənə: Ömür vəfa etsə, dədə-baba yurduma qayıdacağam

Britaniya Avropa İttifaqına 10 milyard funt sterlinq ayırıb

İsveç alimləri zəlzələlərin proqnozlaşdırılması üsulu üzərində işləyirlər

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB 2 VİDEO

Elm və təhsil naziri Tərtərdə vətəndaş qəbulu keçirəcək

Fermerlərin “Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirakı üçün qeydiyyat başlayıb

Ekvadorda silahlı hücum nəticəsində azı 10 nəfər ölüb

Liderlər Sammitində COP29-un informasiya təhlükəsizliyindən danışılıb

Cəbrayılda daha 34 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

İngiltərədə tikinti zamanı 100 min funtluq Roma xəzinəsi aşkarlanıb

Dünyamızın humanitar dəyərlərə ehtiyacı var...

Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq VİDEO

"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

Qvineya-Bisau XİN-in rəhbəri: Əminik ki, birlikdə irəliyə doğru hərəkət edə bilərik VİDEO