CƏMİYYƏT
Türkiyəli fermer Zəfər Gününü orijinal şəkildə təbrik edib - FOTO VİDEO
İstanbul, 7 noyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Kırklareli vilayətində bir fermer Qarabağ Zəfərinin 4-cü ildönümü münasibətilə tarlasında torpağa iz salaraq “Qarabağ Azərbaycandır, Qarabağ Zəfəri 4 yaşında” yazıb.
AZƏRTAC xəbər verir ki, Lüləburqaz rayonuna bağlı Evrensekiz qəsəbəsində kənd təsərrüfatı ilə məşğul olan Burak Tunçkol bununla Qarabağ Zəfərinin ildönümü münasibətilə millətimizi təbrik etmək istədiyini deyib.
Tunçkol bunun üçün təxminən 4 saat vaxt sərf edib.
Traktoruna Türkiyə və Azərbaycan bayraqları asan Tunçkol iki dövlətin qardaş ölkə olduğunu vurğulayıb.
“Mən bununla bir daha “Bir millət, iki dövlət” kəlamını vurğulamaq istədim. Torpağa hər iz qoyduğumda bu zəfər uğrunda şəhid olanları xatırladım, hər birinin məkanı cənnət olsun”, - deyə fermer bildirib.