Türkiyəli mütəxəssislər lənkəranlı arıçılar üçün seminar keçirib
Lənkəran, 29 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə aqrar bölmənin bütün sahələrinə, o cümlədən arıçılığın inkişafına göstərilən dövlət dəstəyi cənub bölgəsində bu sahəyə olan marağı artırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Lənkəranda arıçılıqda istehsalın artırılması, arıçıların peşəkarlığının təmin olunması və istehsalda innovativ texnologiyaların tətbiqinə həsr olunmuş regional seminar keçirilib.
Təlim məşğələsində türkiyəli mütəxəssislər Halil Bilən və Şükriyyə Bilən arıçılıq məhsullarının istehsalında vacib olan texnologiyaların tətbiqindən danışıblar.
Qeyd olunub ki, Azərbaycanın zəngin florası arıçılığın inkişafı, yüksək keyfiyyətli arı məhsullarının, o cümlədən arı südünün istehsalına imkan verir.
Bildirilib ki, arıçılar daha çox bal istehsalına üstünlük verirlər. Digər arı məhsullarının istehsalına isə maraq azdır. Bunun başlıca səbəbi bu sahədə peşəkarlığın olmaması, innovativ texnologiyalardan istifadə edilməməsidir.
Qeyd edək ki, ölkəmizin cənub bölgəsində 3000-dən çox arıçı var. Onların təsərrüfatlarında 300 min arı ailəsi bəslənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]