Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır

Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır

İstanbul, 13 fevral, Günel Karatepe, AZƏRTAC

Prezident İlham Əliyevin liderliyi və geniş baxışı sayəsində Azərbaycan regional gücə çevrilmək yolunda inamla irəliləyir. Qarabağ Zəfəri bunun ən son və konkret nümunəsidir. Cənubi Qafqazdakı güclü aktor olması ilə yanaşı, Türkiyə ilə dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələri, Rusiya, Çin və Avropa İttifaqı ölkələri ilə balanslı münasibətləri Azərbaycanı dünya dövlətləri arasında xüsusilə enerji sahəsində mühüm gücə çevirib. Türk Dövlətləri Təşkilatında da fəal ölkələrdən olan Azərbaycan xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranında bu sahə üzrə açar ölkə rolunu oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Yavuz Subaşı deyib.

Dünyanın əsas neft və təbii qaz istehsalçılarından biri kimi Azərbaycana olan ehtiyacın hər ötən gün daha çox hiss edildiyini vurğulayan sabiq deputat bildirib: “Prezident İlham Əliyevin uzaqgörən baxışı ilə Azərbaycan xarici investorlar üçün cəlbedici mərkəzə çevrilib. Çinin “Bir kəmər, bir yol” layihəsində tranzit ölkə kimi iştirakı artıq Azərbaycanın əhəmiyyətini göstərir. Azərbaycan və Çinin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edən məntiqli və siyasi baxımdan ağıllı addımdır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində təsirini artırmağa çalışdığı bir vaxtda Azərbaycanın da iqtisadi şaxələnmə və tranzit keçidlər baxımından Pekinlə münasibətlərini gücləndirmək istəməsi təbiidir.

Azərbaycan enerji ehtiyatları, logistika infrastrukturu və layihələr baxımından Çin üçün misilsiz aktordur. Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr region ölkələri arasında ticarət əlaqələrini gücləndirir və Azərbaycanı Çinin Avropaya açılan əsas qapılarından birinə çevirir. Azərbaycan “Bir kəmər, bir yol” layihəsində strateji mövqeyə malikdir və Çinin Qərbə açılan qapısı kimi çıxış edir”.

Rəsmi Bakının dünya, o cümlədən Avropa İttifaqı ölkələri ilə münasibətlərini daim dövlət maraqları çərçivəsində, balanslı və qarşılıqlı hörmət prinsipi əsasında qurduğunu qeyd edən müsahibimiz Qərbin bəzi imperialist güclərinin ölkəmizə qarşı qərəzli münasibətinə də toxunub, Azərbaycanın belə oyunlara gəlməyəcəyinə inamını ifadə edib. O deyib: “Burada Azərbaycanın xüsusilə Türk Dövlətləri Təşkilatı ilə birlikdə çox böyük iqtisadi və siyasi güc olduğunu vurğulamalıyıq. Azərbaycan təkcə Cənubi Qafqaz və Xəzər bölgələri deyil, daha geniş coğrafiyada qlobal aktor olmaq yolunda irəliləyən güclü dövlətdir”.

Azərbaycanın Orta Dəhlizdə strateji mövqeyini vurğulayan Yavuz Subaşı bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxil olduğu, Asiyanı Avropaya birləşdirən mühüm nəqliyyat marşrutudur. Bu yol Pekindən Londona qədər uzanan və strateji əhəmiyyətə malik ticarət xəttidir. Orta Dəhliz regionun nəqliyyat infrastrukturunu inkişaf etdirərək, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələri gücləndirəcək. Bu layihə marşrut üzərindəki ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcək.

“Orta Dəhliz tarixi İpək yolunun canlandırılması layihəsinin əsas hissələrindən biridir. Azərbaycan üçün bu layihə regional ticarətin canlandırılması və Çin-Avropa daşımalarında əsas alternativ rolu oynaması baxımından böyük fürsətdir. Belə ki, Xəzər dənizi vasitəsilə gələn yüklərin Avropa və Mərkəzi Asiyaya daşınmasında Azərbaycan əsas mərkəzə çevriləcək. Logistika mərkəzləri, gömrüksüz anbarlar və digər infrastrukturlar investorlar üçün cəlbedici imkanlar yaradacaq. Layihə sənaye və istehsal baxımından dəmir yolu və liman infrastrukturunun inkişafı, yüngül sənaye, montaj fabrikləri və aqrar istehsal müəssisələri üçün əlverişli şərait təmin edəcək. Bu yol, eyni zamanda, Xəzər dənizinin neft və qaz ehtiyatlarının daşınması üçün kritik marşruta çevriləcək. Günəş və külək enerjisi kimi bərpaolunan enerji layihələrinə investorları cəlb etmək üçün hüquqi bazanın yaradılması vacibdir. Orta Dəhlizin fəaliyyətə başlaması ilə ticarət həcminin artması nəticəsində logistika, maliyyə, sığorta və konsaltinq sahələrində yeni iş imkanları da yaranacaq. Bütün bunlara baxdıqda bölgədəki siyasi sabitliyin qorunması və xarici investisiyalar üçün şəffaf mühitin yaradılması vacibdir.

“Azərbaycan yalnız tranzit yolu və ticarət dəhlizi kimi deyil, həm də regional iqtisadi inkişaf və yeni müəssisələrin yaradılması üçün mühüm mərkəzdir. Türkiyə hər zaman Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi ilə Azərbaycanın yanındadır. Azərbaycan-Türkiyə münasibətləri Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin səyləri, dostluğu və qardaşlığı əsasında daha da güclənməkdədir. Burada Türk Dövlətləri Təşkilatının da rolunu vurğulamaq lazımdır. Təşkilata üzv ölkələrin qarşılıqlı dəstəyi bölgəni qlobal səviyyədə sürətlə yüksələn gücə çevirəcək”, - deyə sabiq deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

Qaradağ rayonunda əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb

İtaliya sahillərində 4,7 bal gücündə zəlzələ olub

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təqdim edilib

Vayra Vike-Frayberqa: İqlimlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır

Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb VİDEO

Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb

Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirilib - YENİLƏNİB

Real TV-nin 7 yaşı tamam olur

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

Martın 15-də İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü qeyd olunur

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

“Xəmsə” şadlıq evində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb VİDEO

Müfti Ravil Qaynutdin: İslam dünyası Qarabağın bərpasında Azərbaycana kömək etməyə hazırdır

Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

Xəzər və Nəsimi rayonlarında oğurluq edən iki şəxs saxlanılıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM

DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

 Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Ə.Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tomas Lamanauskas: Hazırda dünyada süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur

“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb

Rosen Plevneliyev: XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələlərdəndir

Azərbaycan futzal millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb

Yunanıstanın sabiq baş naziri: Texnologiyalar bəşəriyyətə xidmət etməlidir

Premyer Liqa: Bu gün XXVII turun növbəti oyunları keçiriləcək

Yeni ölçmə zamanı Fuci dağının daha hündür olduğu müəyyənləşib

Azərbaycanın üç boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

Mərakeşdə yaşayan Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Ağstafada avtomobil piyadanı vuraraq öldürüb VİDEO

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

Zaqatalada Şıxəli Qurbanovun 100 illik yubileyi qeyd olunub

Tədqiqat: Diqqət xətalarının məkan yaddaşına təsiri aydınlaşdırılıb

Deputat: Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir

Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib

Denis Şmıqal: Ukrayna energetikasını bərpa etmək üçün təxminən 68 milyard dollar vəsait lazımdır

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

Azərbaycanlı gənc pianoçu London Transport Muzeyində solo konsert verib

Almaniyada CDU/CSU, SPD və Yaşıllar 100 milyard avroluq iqlim dəyişikliyi fondunun yaradılması məsələsində razılığa gəlib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

Superliqa: “Qalatasaray” üç xala darmadağınla sevinib

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

“Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac” mövzusunda panel iclas keçirilib

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır

“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb

Mark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

BDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub

“Güllər rüzigarı” adlı sərgi açılıb

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Tbilisidə Novruz bayramı münasibətilə tədbir keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Şamaxı” oyunu qollu heç-heçə ilə yekunlaşıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bədii qiraət müsabiqəsinin qalibləri təltif ediliblər

Naxçıvanda cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

İsveçrənin RTS kanalı Əlcəzair müharibəsi zamanı Fransanın kimyəvi silahdan istifadə etdiyini açıqlayıb

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib VİDEO

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

XII Qlobal Bakı Forumu: Geosiyasi dəyişmələrdən multilateralizmə və yeni qlobal konsensusa - TƏHLİL

Türkiyəli ekspertlər: Erməni diasporu üçün öz xalqının maraqları önəmli deyil

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib

Azərbaycan-Çin əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə genişlənməkdədir

Çinin nümayəndə heyəti BDU-da olub

BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIV Respublika müsabiqəsinin qalibidirlər

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb VİDEO

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

“Azərkosmos” Papua Yeni Qvineyanı əhatə edən meşələrin monitorinqini həyata keçirib

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir

Şəki-Zaqatala bölgəsinin müəllimləri sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırılıblar

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

ADPU-da müəllimlərin işə qəbulu imtahanı ilə bağlı infosessiya təşkil edilib

Prezident: Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik

“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıblar