DÜNYA
Türkiyənin “Anadolu” qrupu Gürcüstanın energetika bölməsinə investisiya yatırımında maraqlıdır
Tbilisi, 24 aprel (AZƏRTAC). Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin “Anadolu” qrupunun energetika bölməsinin əlaqələndiricisi Tuğban İzzet Aksoy ilə görüşmüşdür.
Gürcüstan Baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstanda energetikanın inkişafı məsələləri və mövcud investisiya mühiti müzakirə olunmuşdur. Həmçinin Gürcüstan hökuməti ilə “Anadolu” qrupu arasında imzalanmış Memoranduma müvafiq olaraq ölkənin Samtsxe-Cavaxeti bölgəsində inşa olunan “Pərvanə” su-elektrik stansiyasında işlərin bu ilin iyulunda başa çatdırılaraq istifadəyə veriləcəyi barədə də söhbət aparılmışdır.
“Anadolu” qrupunun Gürcüstanın energetika bölməsinə əlavə investisiya yatırımında maraqlı olduğu qeyd edilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi