CƏMİYYƏT
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb
Bakı, 6 noyabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.