TÜRKİYƏNİN “PETKİM” ŞİRKƏTİNİN TƏHVİL-TƏSLİM İŞLƏRİ GƏLƏN İLİN BİRİNCİ RÜBÜNDƏ YEKUNLAŞACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “SOCAR-Turgas-İnjas” konsorsiumunun özəlləşdirdiyi Türkiyənin “Petkim” şirkətinin təhvil-təslim işlərinin 2008-ci ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Şirkətin enerji mərkəzi, sosial və digər infrastruktur obyektləri də hüquqi anlaşmanın predmeti olduğundan üçün təhvil-təslim prosesi komleks olaraq həyata keçiriləcəkdir.
“SOCAR-Turgas-İnjas” konsorsiumu prosesləri həyata keçirmək üçün Türkiyədə ayrı bir şirkət yaradacaqdır. Məhz bu şirkət “Petkim”in bütün obyektlərini təhvil alacaqdır. Hazırda konsorsiumun özəlləşdirilmədən sonrakı payın nəğd, yaxud hissə-hissə ödəməsi məsələləri müzakirə olunur.