TÜRKİYƏNİN VASİTƏÇİLİYİ İLƏ İSRAİL VƏ SURİYA ARASINDA SÜLH DANIŞIQLARI BAŞLAMIŞDIR
Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tərəflər eyni zamanda ölkələrində bu məsələ ilə bağlı açıqlama vermişlər.
Açıqlamada vurğulamışlar ki, Suriya və İsrail Türkiyənin vasitəçiliyi ilə sülh danışıqlarına başlamışlar.
Hər iki tərəf bəyan etmişdir ki, bu görüşləri gözəl niyyət və açıq fikir irəli sürməklə davam etdirəcəklər. Tərəflərin qərarına görə, Madrid Konfransının prinsipləri çərçivəsində hərtərəfli sülhə nail olunması üçün danışıqlar davamlı şəkildə aparılacaqdır.
Vasitəçilik missiyasını öz üzərinə götürdüyü üçün, eləcə də ev sahibliyinə görə Türkiyəyə və Baş nazir Rəcəb Tayyib Ərdoğana hər iki tərəf öz təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]