Türkmənistanın Prezidenti Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Bakı, 26 mart, AZƏRTAC
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Ramazan bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [21:08]
Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib - YENİLƏNİB
- 25.04.2025 [19:23]
Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır VİDEO
- 25.04.2025 [19:15]
ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi VİDEO
- 25.04.2025 [19:02]