DÜNYA
TURKOVAC-ın tətbiqi bütün Türkiyəni əhatə edir

Ankara, 8 fevral, AZƏRTAC
Türkiyənin yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı istehsal etdiyi TURKOVAC peyvəndinin kütləvi istehsalı “vaksin milliyyətçiliyi”nə qarşı ən mühüm tədbirlər sırasındadır.
AZƏRTAC xəbər verir ki, artıq ölkənin böyük xəstəxanaları daxil olmaqla bütün vilayətlərində TURKOVAC peyvəndinin tətbiqinə başlanılıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Qeyd edək ki, nazir Fahrettin Koca ötən il dekabrın 29-da dördüncü doza vaksin olaraq TURKOVAC vurdurub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TURKOVAC-ı bütün bəşəriyyətlə bölüşməkdən məmnun olacaqlarını ifadə etmişdir. Proseslərgöstərir ki, Türkiyə yaxın vaxtlarda TURKOVAC yardımı ilə xarici siyasətindəki humanizm prinsiplərini daha da gücləndirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara