SİYASƏT
TÜRKPA: Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun olaraq azad və demokratik şəkildə baş tutub VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakı, Şamaxı və Qobustandakı seçki məntəqələrində səsvermə prosesini müşahidə etdik. Məntəqələrdə seçicilərin səsverməsi üçün lazımi şərait yaradılmışdı.
AZƏRTAC xəbər verir ki, bunu TÜRKPA müşahidə missiyasının rəhbəri Ahmet Zenbilçi növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, namizədlərin təşviqat dövründə sərbəst şəkildə kampaniya həyata keçirməsinə şərait yaradılıb.
“Növbədənkənar parlament seçkiləri ilk dəfə olaraq ölkənin bütün suveren ərazilərində keçirilib. Müşahidə apardığımız məntəqələrdə fiziki məhdudiyyətli şəxslər üçün pandusların və gözdən əlillər üçün trafaretlərin hazırlanmasını müsbət qiymətləndiririk. Seçkilər beynəlxalq standartlara uyğun olaraq azad və demokratik şəkildə baş tutub”, - deyə Ahmet Zenbilçi qeyd edib.