REGİONLAR
“UCAR-BROYLER” MMC TEZLİKLƏ QUŞ ƏTİ İSTEHSALINA BAŞLAYACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ucarda uzun illərdən bəri fəaliyyəti dayandırılmış quşçuluq fabrikinin bazasında yaradılan “Ucar-Broyler” MMC yaxın bir neçə aya istehsal prosesini bərpa edəcəkdir.
Artıq hər birində 26 min baş quş yetişdiriləcək iki sex istismara hazırdır. Sexlərdə müasir standartlara cavab verən xarici avadanlıq quraşdırılmışdır.
Fabrikdə həm də inkubasiya sexi fəaliyyət göstərəcək. Yetişdiriləcək cücələr tam qapalı, xarici mühitdən təcrid olunmuş şəraitdə saxlanılacaq.
Əlavə olaraq 20 nəfərədək yeni işçinin çalışacağı “Ucar-Broyler”dən tezliklə alıcılara sağlam və keyfiyyətli quş əti təklif olunacaqdır.