Üç ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracı azalıb
Bakı, 30 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında Azərbaycandan MDB-yə üzv ölkələrə 187 milyon 788 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci ilin eyni dövrünə nisbətən 4 milyon 445 min dollar azdır.
Birinci rübdə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 682 milyon 930 min dollar olub.