CƏMİYYƏT
Üç ayda narkomanlığa qarşı mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2795 cinayət faktı aşkarlanıb
Bakı, 19 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, ümumilikdə, 2795 cinayət faktı aşkarlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, onlardan 1010-u narkotik vasitələrin qanunsuz satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyası, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.