Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ucuzu 20, ən bahalısı 60 manat - Bakıda keçirilən bal yarmarkasından REPORTAJ

Bakı, 4 oktyabr, Elmir Səftərov, AZƏRTAC

Bal faydaları saymaqla bitməyən məhsullardan biri olduğu üçün hər kəsin qida rasionunda əvəzsiz yer tutur. Buna baxmayaraq, təmiz bal tapmaq bir o qədər də asan məsələ deyil. Buna görə də insanlar təmiz bal almaq üçün dağlıq rayonlara üz tuturlar, bu da əlavə zaman itkisi deməkdir. Artıq keyfiyyətli bal almaq üçün hansısa rayona getməyə ehtiyac yoxdur. Son vaxtlar demək olar hər il paytaxtda təşkil edilən arıçılıq məhsullarının satış yarmarkasında insanlara müxtəlif növ bal çeşidləri və arıçılıq məhsulları təqdim olunur.

AZƏRTAC-ın müxbiri 23-cü Respublika Sərgi-Satış Yarmarkasında arıçılarla həmsöhbət olub, qiymətləri öyrənib.

Əvvəlki illərdə olduğu kimi, budəfəki yarmarkada da təşkilatçılığın yüksək səviyyədə olduğu müşahidə edilirdi. Yarmarkaya müxtəlif bölgələrdən fərqli növ arıçılıq məhsulları gətirilmişdi. Öz məhsullarını satışa çıxaran arıçıların da yarmarkanın mütəmadi şəkildə keçirilməsindən məmnun olduqları hiss edilirdi.

Budəfəki yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram bal və 30 ədəd arı şanı satışa çıxara bilib. Satışa süzülmüş şanı balı, güləm bal, çiçək tozu, arı südü və digər arı məhsulları çıxarılıb.

Əvvəlki illərlə müqayisədə, bu il yarmarkaya gətirilən bal məhsullarında azalma müşahidə edilib. Belə ki, 2021-2022-ci illərdə ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu gətirilmişdisə, hazırda bu rəqəm 100 tona bərabərdir.

Yarmarkada satış piştaxtalarındakı yerlər bölgələr üzrə təyin olunub. Builki yarmarkada Lənkəran-Astara və Qarabağ bölgəsindən olan arıçılar üstünlük təşkil edir.

Digər illərlə müqayisədə yarmarkadakı qiymətlərdə dəyişiklik varmı?

Arıçılar tərəfindən müxtəlif çeşiddə təqdim olunan balın bir kiloqramının ortalama qiymətinin əsasən 25-50 manat arası dəyişdiyini müşahidə etdik. Balın bir kiloqramın bölgələr üzrə qiyməti belədir: Ağsu-İsmayıllı - 25-40 manat, Qəbələ - 25-30, Zəngilan - 30, Kəlbəcər - 35-60, Şəki - 30-35, Zaqatala - 20-40, Gədəbəy - 40, Laçın - 30-50, Balakən - 30, Lerik - 20-35, Lənkəran - 30, Yardımlı - 30, Astara - 25-50, Hadrut - 30-35, Daşkəsən - 25-40, Gədəbəy - 30, Quba - 35-40, Şamaxı - 25-40. Satıcıların sözlərinə görə, balın qiyməti həm də növünə və keyfiyyətinə görə dəyişir.

Arıçılar onu da qeyd ediblər ki, əgər çox alınarsa, balın qiymətində endirim edilə bilər. Diqqətçəkən məqam isə digər illərlə müqayisədə, balların qiymətində cüzi də olsa artımın müşahidə edilməsidir. Satıcılar qiymət artımını hava şəraitinin əlverişsiz olması ilə əlaqələndiriblər.

Yarmarka barədə məlumat verən Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib: “Builki yarmarkada işğaldan azad edilmiş rayonlardan gətirilən ballar digər illərə nisbətən artıb. Bunu uğur və yenilik hesab edirik. İşğaldan azad edilmiş ərazilərdən gətirilən ballar əsasən Kəlbəcər, Laçın, Hadrut, Xocavənd, Qubadlı və Zəngilandakı arıçılıq təsərrüfatlarının məhsullarıdır. 2020-ci ildən etibarən arıçılar təsərrüfatlarını işğaldan azad olunmuş ərazilərə köçürməyə başlayıblar. Qarabağ bölgəsinə köçən ilk təsərrüfatçılar da arıçılar idi”.

Onun sözlərinə görə, builki yarmarkada 43 rayondan 250 arıçı iştirak edir. Satışa təxminən 100 tona yaxın bal çıxarılıb. Baldan əlavə, arı südü, çiçək tozu, vərəmum, homogenat, ekstratlar, mazlar nanəcövhərlər və kremlər də satışdadır. Bildirilib ki, yarmarkada satışa çıxarılacaq məhsullardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayıb.

Yarmarkada balın qiymətləri barədə danışan Bədrəddin Həsrətov qeyd edib: “Balın qiymətlərində nəzərəçarpacaq dərəcədə olmasa da, artım müşahidə olunur. Əvvəllər təxminən balın bir kiloqramının orta qiyməti 20-25 manat civarında idisə, hazırda alıcılara 25-30 manata təklif olunur. Bu da balın məhsuldarlığının aşağı olması ilə əlaqədardır. Eyni zamanda, son illərdə baş verən qiymət artımı da buna təsir göstərib. Son illərə nəzər salsaq görərik ki, qiyməti ən sabit qalan məhsullardan biri də arıçılıq məhsullarıdır”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Asiman Aslanova deyib ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 2-dən arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarka oktyabrın 22-dək fəaliyyətdə olacaq. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) hər gün saat 09:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.

“Arıçı fermerlər iştirak üçün əvvəlcədən bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada qeydiyyatdan keçiblər. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Məsələn, bir rayondan daha çox arıçı fəaliyyət göstərirsə, yarmarkada həmin rayonlardan olan arıçılara daha çox yer verilib. Onlara piştaxtaların verilməsi isə püşkatma vasitəsilə həyata keçirilib. Yarmarkada Azərbaycanın bütün iqtisadi rayonlarından arıçılar iştirak edirlər”, - deyə o vurğulayıb.

Daşkəsən, Yevlax və Gədəbəy rayonlarında arıçılıqla məşğul olan Aqil Əlişov yarmarkaya 380 kiloqram bal gətirdiyini bildirib. O deyib: “İki gün ərzində təxminən 70 kiloqram bal satmışam. Alıcılara çiçək, cökə, meşə və qarışıq ballar təqdim edirik.

Qəbələ rayonundan gəldiyini deyən təsərrüfatçı Davud Babalıyev qeyd edib ki, hər il olduğu kimi, bu il də yarmarkaya üç növ yüksəkkeyfiyyətli bal gətirib. Bunlar çökə, çiçək və meşə balıdır. Bundan əlavə, çiçək tozu, propolis, arı südü və arı məhsullarını da satışa çıxarıb. O, yarmarkanın təşkilindən razı qaldıqlarını vurğulayıb.

Davud Babalıyev VIII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında qızıl medala layiq görüldüyünü də qeyd edib.

Arıçı fermer Kənan Ramazanov Zaqatalada dağlıq ərazidə yerləşən təsərrüfatlarından keyfiyyətli məhsul əldə etdiklərini bildirib. “Piştaxtalarda cökə, qaratikan, meşə, may balı və digər arıçılıq məhsulları var. Yarmarkaya demək olar bütün arıçılıq məhsullarından gətirmişik. İnanırıq ki, alıcılıq yüksək səviyyədə olacaq”, - deyə o vurğulayıb.

Fermer Məmmədəli Quliyev Lerik rayonun Bobla kəndindən gəldiyini qeyd edib və onlara yaradılan şəraitə görə məmnunluğunu ifadə edərək bildirib: “Yarmarkada arıçıların öz məhsullarını rahat şəkildə sata bilmələri üçün hər cür şərait yaradılıb. Gətirdiyimiz məhsullar içərisində cökə balı üstünlük təşkil edir. Üç yüz kiloqram baldan əlavə, arı şanılarını da satışa çıxarmışıq”.

Babaş Qəribov 16 yaşından arıçılıqla məşğul olduğunu və uzun illərdir yarmarkaya gəldiyini vurğulayıb. O deyib: “Mənim 300-dən çox arım var. Arıların 190-ı Kəlbəcərdə, digərlərini isə Şəkidə idi. Bu il havaların qeyri-sabit keçməsi səbəbindən istədiyimiz miqdarda bal götürə bilmədik”.

O, mayın sonu, iyunun əvvəlində arı təsərrüfatını yenidən Kəlbəcərə aparmaq istədiyini qeyd edib.

Astara rayonunun Miki kəndindən gəldiyini deyən Səmərqənd İbrahimova ata-babalarının arıçılıqla məşğul olduğunu deyib.

“Yarmarkaya müxtəlif növdə 400 kiloqram bal gətirmişik. Beçə (may), çiçək, cökə və müalicəvi balları, arı şanılarını satışa çıxarmışıq. Təsərrüfatımızda 300 arı saxlamağımıza baxmayaraq, bu il bal digər illərə nisbətən az oldu. Amma balın qiymətləri münasibdir. Biz balın bir kiloqramını ortalama 30-40 manata satırıq”, - deyə o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub

Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb

Azərbaycan boksçularından Serbiyada 6 medal

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib

Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət

FHN: Yasamalda yaşayış binasında yanğın olub, 9 nəfər bina sakini təxliyə edilib

Rektor Aqil Şirinov: Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də MÜSAHİBƏ

Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

FHN: Bakıda evdə yanğın olub, 2 nəfər xilas edilib

Misli Premyer Liqası: “Sumqayıt” “Şamaxı”, “Turan Tovuz” “Sabah” səfərində

Meksikada yol qəzasında 40 nəfər həlak olub

Karib regionunda sunami xəbərdarlığı ləğv edilib

25 illik tədqiqat başağrısı pozğunluqları ilə intihar riski arasındakı əlaqəni ortaya çıxarıb

Qərbi Afrika Ölkələri İqtisadi Birliyi 135 əməkdaşını işdən azad edib

“Total” şirkətinin mənfəəti azalıb

Yuxu həblərinin beyinə gözlənilməz təsiri müəyyən edilib - TƏDQİQAT

Rəssam: Təbiət kodlaşdırılmış sistemdir

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub

ABŞ-ın ticarət kəsiri ciddi şəkildə artıb

“Real” - “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb

KİV: Donald Trampın vergi islahatları Britaniyaya 18 milyard funt sterlinqə başa gələ bilər

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

AQTA: Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalıdır

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib

Britaniyanın səhiyyə naziri vəzifəsindən azad edilib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun  təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır

Şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli olub

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb

Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb

Donald Tramp Baydenin məxfi informasiyaya girişini məhdudlaşdırmaq istəyir

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Dövlət Uşaq Filarmoniyası “Qırmızı Papaq” tamaşası ilə çıxış edib

Almaniyada radikal sağa qarşı etirazlar davam edir

“Min bir gecə” baleti yeni quruluşda Omanda təqdim edilib

Hacıqabulda zəlzələ baş verib

Astana ilə Aktau arasında: Gecikən jurnalistin qeydləri

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq

“Qarabağ Universitetinin Klinikası” azad edilmiş torpaqlarda yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayacaq – RƏY

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

"Neftçi" İngiltərə çempionunu transfer edib

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm

Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

Yeni texnologiya elektrik enerjisinin idarə olunmasında mühüm bir dövrün başlanğıcı ola bilər - TƏDQİQAT

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır

Abşeron Milli Parkına dəniz akvatoriyalı xüsusi mühafizə olunan təbiət ərazisi statusu verilməsi planlaşdırılır

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq

Çexiyanın keçmiş Baş naziri: Avropa İttifaqı intihara bərabər siyasət yürüdür

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib

“Ordu” İdman Klubu Basketbol Liqasında növbəti qələbəsini qazanıb

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb

USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL

Abşeron Milli Parkının yaradılmasının 20 ili tamam olur

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

İngiltərədə 319 uşaq psixi sağlamlıq müalicəsi üçün 35 min 845 günü evindən uzaqda keçirib

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 30 nəfər dağıntı altında qalıb VİDEO

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub

Misir XİN: Fələstinlilər Qəzzada qalmalıdırlar

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

Yaşadığı evdən 3000 manatlıq oğurluq edən kirayənişin polis tərəfindən saxlanılıb

Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert

İrakli Kobaxidze: Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından REPORTAJ

Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər

Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın DOST modeli barədə məqalə dərc edilib

Gürcüstan ətraf mühitin mühafizəsi ilə bağlı bəzi qanunları sərtləşdirir

Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH

Proqnoz: Sabah qar yağacaq

Türkiyədə İŞİD və PKK üzvləri saxlanılıb

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir VİDEO

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Polis Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlayıb

Qara dənizə mazut axıdılması nəticəsində 84 delfin tələf olub

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Xankəndidə şagirdlər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

Türkiyədən Antarktikaya növbəti elmi-araşdırma səfəri başlayıb

Beynəlxalq hava limanı: Uçuşların təhlükəsizliyi tam təmin olunur, bütün reyslər cədvəl üzrə həyata keçirilir