UEFA Çempionlar Liqasının növbəti oyunlarında böyük hesablı nəticələr qeydə alınıb

Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “E” qrupunda “Bavariya” (Almaniya) komandası İtaliyada “Roma” klubuna 7:1 hesabı ilə qalib gəlib. “Mançester Siti” (İngiltərə) kollektivinin “CSKA” Moskvaya (Rusiya) ilə görüşündə isə tərəflər hərəyə iki dəfə fərqləniblər - 2:2.
“F” qrupunda “PSJ” (Fransa) komandası səfərdə “APOEL”dən (Kipr)
üstün olub - 0:1. “Barselona” (İspaniya) isə doğma meydanda “Ayaks”ı (Hollandiya) məğlub edib (3:1).
“G” qrupu çərçivəsində “Çelsi” (İngiltərə) evdə “Maribor”a (Sloveniya) böyük hesabla (6:0) qalib gəlib. “Şalke” (Almaniya) “Sportinq” (Portuqaliya) komandalarının görüşündə almanlar 4:3 hesabı ilə qələbə qazanıblar.
Turnirin “H” qrupunda çıxış edən “Porto” (Portuqaliya) doğma meydanda “Atletik” Bilbao (İspaniya) kollektivini qəbul edib və görüş 2:1 hesabı ilə portuqaliyalıların xeyrinə başa çatıb. “Şaxtyor” (Ukrayna) isə səfərdə Belarusun “BATE” komandasının qapısından 7 cavabsız top keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [17:27]
Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub
- 15.05.2025 [17:23]
Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb
- 15.05.2025 [16:37]
Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar
- 15.05.2025 [15:06]
Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 15.05.2025 [13:52]
“Barselona”nın hücumçusu mövsümün qalan hissəsini buraxa bilər
- 15.05.2025 [13:04]