İDMAN
“UEFA U-17” Avropa çempionatı: Danımarka millisi İsveç yığmasına minimal hesabla qalib gəlib
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin “C” qrupu çərçivəsində Danimarka və İsveç komandaları görüşüb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan görüş Danimarka millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Sloveniyalı baş hakim Mitja Zganecin idarə etdiyi oyunda Danimarka yığmasının heyətində oyunun sonuncu - 80-ci dəqiqəsində Sebastyan Buk-Yensen fərqlənib.
Xatırladaq ki, bu gün Suraxanı qəsəbə stadionunda qrupun digər oyununda Fransa komandası İngiltərə yığması ilə qarşılacaq.