DÜNYA
UEFA XXI əsrin rəmzi yığma komandasını tərtib etmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadla xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) XXI əsrin rəmzi yığma komandasını tərtib etmişdir. Komanda UEFA-nın rəsmi saytında futbol azarkeşləri arasında son 11 ildə keçirilən sorğuya əsasən formalaşdırılmışdır. Bundan əlavə, beş ehtiyat oyunçu və baş məşqçi də müəyyən edilmişdir.
İspaniyalı İker Kasilyas XXI əsrin qapıçısı, braziliyalı Daniel Alves, italyan Alessandro Nesta, ingilis Con Terri, ispan Karles Puyol müdafiəçiləri, portuqaliyalı Kriştianu Ronaldu, ispanlar Andres İnyesta və Havi, fransız Zinəddin Zidan yarımmüdafiəçiləri, fransız Tyerri Anri və argentinalı Lionel Messi hücumçuları olmuşlar.
Ehtiyat oyunçular kimi italiyalı Canluici Buffon, braziliyalılar Kaka və Ronaldinyo, ingiltərəli Stiven Cerrard və çexiyalı Pavel Nedved seçilmişlər. XXI əsrin futbol yığmasının baş məşqçisi rəmzi postunu isə portuqaliyalı mütəxəssis Joze Mourinyo tutmuşdur.
Son 11 ildə rəmzi yığmaya ən çox-altı dəfə Kriştianu Ronaldu və Puyol düşmüşlər. Kasilyas və Anri isə bu müddətdə hər bibi beş dəfə rəmzi komandanın üzvü olmuşdur.