ELM VƏ TƏHSİL
ÜƏMT rəsmisi: Şadıq ki, yeni modeli Azərbaycanda sınaqdan keçirəcəyik və ölkədə bunun üçün hər cür şərait var VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Yaradıcılıq məhsullarının dəyərinin verilməsi üçün müvafiq çərçivə olmalıdır.
Təşkilatımız 20 ildən çoxdur ki, model işləyib hazırlayıb və Azərbaycan ilk ölkələrdəndir ki, bu modeli tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 2-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) departament direktorunun müavini, böyük menecer Dimiter Qançev “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminarla bağlı keçirilən brifinqdə söyləyib.
“Biz artıq yeni mərhələyə çatmışıq və yeni model hazırlamışıq. Bizim yeni model kreativ sənayeni dəstəkləyən ekosistemi ölçür. Bu model Azərbaycanda da tətbiq ediləcək. Bizim son illər Azərbaycanla çox gözəl əməkdaşlığımız var. Biz şadıq ki, yeni modeli Azərbaycanda sınaqdan keçirəcəyik və bunu üçün Azərbaycanda hər cür şərait var, - deyə Dimiter Qançev bildirib.