Ukrayna Ali Radasına şanslı partiyaların növbəti reytinqi açıqlanıb
Kiyev, 9 iyun, AZƏRTAC
Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərinə hələ ki, beş partiya şanslıdır.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Seetarget sosioloji kampaniyanın apardığı sorğuya əsasən hazırda ən populyar siyasi qüvvə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası və “Həyat uğrunda-müxalifət platforması”dır.
Sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 42,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 14,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (8,2 faiz), ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (7,5 faiz) gəlir. İlk beşliyi Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası tamamlayır.
Xatırladaq ki, Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin olunub. Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcək. Deputat korpusunun yarısı (225 nəfər) partiya siyahıları üzrə, digər yarısı isə majoritar dairələrdə seçiləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]