UKRAYNA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AZƏRBAYCANIN MÖVQEYİNİ DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfiri Boris Klimçuk mayın 29-da ilk mətbuat konfransını keçirmişdir.
Azərbaycanın dinamik inkişafından danışan diplomat ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsindən xəbərdar olduğunu demişdir.
Boris Klimçuk bildirmişdir ki, rəsmi Kiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyir.
1932-1933-cü illərdə ukraynalıların da öz ərazisində soyqırıma məruz qaldığını xatırladan səfir vurğulamışdır ki, münaqişələr minlərlə insanın əzab çəkməsi deməkdir və bunu Ukraynada çox yaxşı anlayırlar. Ukrayna öz mövqeyini sonuncu dəfə BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnaməyə dair keçirilən səsvermədə bir daha göstərmişdir. Ukrayna həmin sənədin lehinə çıxış edən ölkələr sırasında idi.
Ümumiyyətlə, GUAM-a daxil olan ölkələrin hamısı bu məsələdə həmrəylik nümayiş etdirdi və bu, münaqişələrlə bağlı qurumun siyasi mövqeyini bir daha ortaya qoydu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]