Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı hazırladığı təklifləri ABŞ-a təqdim edib

Kiyev, 14 aprel, AZƏRTAC
Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı Kiyevin hazırladığı təklifləri artıq ABŞ-a təqdim edib. Bu, Vaşinqtonda keçirilən texniki məsləhətləşmələr zamanı baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Olqa Stefanişina milli telemarafonun efirində çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, o, sazişlə bağlı bir çox təfərrüatları açıqlaya bilməz, lakin məsləhətləşmələrin aparılması müsbət əlamətdir.
“Hazırkı mərhələdə bunu deyə bilərəm ki, Ukrayna nümayəndə heyəti ABŞ tərəfinə Kiyevdə hazırlanan və razılaşdırılan bütün təklifləri çatdırmaq imkanı əldə edib. Bütün bu təkliflər müzakirə mövzusu olub”, – deyə o bildirib.
Olqa Stefanişina ümid edir ki, məsləhətləşmələrdən sonra razılıq əldə olunana qədər danışıqlar davam edəcək.
“Aydındır ki, bu, son mərhələ deyil”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, nadir torpaq metalları üzrə sazişlə bağlı ABŞ ilə texniki məsləhətləşmələr Ukraynanın Ədliyyə və İqtisadiyyat nazirliklərinin komandalarının iştirakı ilə baş tutub.
Xatırladaq ki, bu ilin fevral ayında Ukrayna və ABŞ nadir torpaq ehtiyatları üzrə çərçivə sazişi imzalamağı planlaşdırırdı. Lakin fevralın 28-də Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş vermiş mübahisəyə görə bu baş tutmadı. Hadisədən sonra Vaşinqton Ukraynaya faydalı qazıntıların hasilatı sahəsində yeni razılaşma layihəsi təqdim edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [10:47]
“Sabah” qəzeti: Ermənilərin “soyqırımı” yalanı əsrin böhtanıdır
- 24.04.2025 [10:33]
Dünya liderləri COP30 ərəfəsində iqlim siyasətini gücləndirməyə çağırıblar
- 24.04.2025 [09:34]
Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var VİDEO
- 24.04.2025 [06:16]
Britaniyanın maliyyə naziri: ABŞ-la ticarət sazişini imzalamağa tələsmirik
- 24.04.2025 [03:09]
“Türkiye” qəzeti: Fransanı qovan Afrika ölkələri Ankara ilə yaxınlaşır
- 24.04.2025 [02:30]
Qazaxıstan və Pakistan hərbi əməkdaşlığı gücləndirir
- 24.04.2025 [00:48]
Almaniyada 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb
İstanbulda baş verən zəlzələdən sonra 127 afterşok qeydə alınıb
- 23.04.2025 [22:44]
Azərbaycan Kuboku: “Sabah” “Neftçi”yə qalib gələrək finala yüksəlib
- 23.04.2025 [22:34]
Tramp: Krım müzakirə mövzusu deyil
- 23.04.2025 [22:31]
Qubada qəzalı körpü 60-dan çox yaşayış məntəqəsi ilə əlaqəni çətinləşdirib
- 23.04.2025 [21:49]
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
- 23.04.2025 [21:20]
YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib
- 23.04.2025 [20:56]
Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir
- 23.04.2025 [20:30]
Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib
- 23.04.2025 [20:23]
Masallıda şəhid övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib
- 23.04.2025 [19:44]
Bərdə bazarında satışa çıxarılan süd məhsullarında uyğunsuzluq aşkarlanıb
- 23.04.2025 [19:14]
Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib
- 23.04.2025 [19:04]
Ağcabədidə sahibkarlarla növbəti görüş təşkil olunub
- 23.04.2025 [19:02]
Bakıda yeni parklanma yerləri təşkil edilib
- 23.04.2025 [19:02]
ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək
- 23.04.2025 [19:01]
Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb
- 23.04.2025 [19:00]
Masallının Böyük Xocavar kəndində evdə yanğın olub
- 23.04.2025 [18:48]
Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb
- 23.04.2025 [18:47]