Ukrayna Prezidenti Brüsseldə ölkəsinin xarici siyasətinin prioritetlərini açıqlayıb
Kiyev, 4 iyun, AZƏRTAC
Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı strateji kursu dəyişməz olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə brifinqdə söyləyib.
“NATO-ya üzvlük Ukraynanın Konstitusiyasında qeyd edilib və bu, bizim xarici siyasətimizin prioritetidir”, - deyə V.Zelenski bildirib.
Dövlət başçısı deyib ki, Ukrayna həyat səviyyəsini qaldırmağa, korrupsiyaya qarşı mübarizəni gücləndirməyə, dövləti modernləşdirməyə çalışır. Bu isə yalnız milli təhlükəsizlikdən sonra mümkündür: “Biz Rusiya ilə Minsk razılaşması çərçivəsində danışıqlara hazırıq. Ancaq ilk növbədə hərbi və iqtisadi potensialımızı artırmaqla güclü müdafiəyə qadir olmalıyıq”.
Vladimir Zelenski vurğulayıb ki, Qara dəniz regionunda təhlükəsizliyin bərpası üçün NATO qüvvələrini daha da artırmalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]