UKRAYNA: QAÇQINLARI MÜDAFİƏ ETMƏK, KSENOFOBİYA VƏ İRQÇİLİKLƏ MÜBARİZƏ APARMAQ ÜÇÜN
AZƏRTAC-ın Kiyevdəki müxbiri xəbər verir ki, mayın 27-də qaçqınların müdafiəsi, ksenofobiya və irqçilik ilə mübarizə sahəsində işləyən ictimai təşkilatların Ümumukrayna şəbəkəsi yaradılmışdır.
Həmin sahədə işləyən 11 qeyri-hökumət təşkilatı qarşılıqlı anlaşma haqqında Memorandum imzalamışdır. Şəbəkə ictimai sektorun qaçqınların hüquqlarının müdafiəsinə, ksenofobiya və irqçilik ilə mübarizəyə yönəldilmiş işini və səylərini əlaqələndirmək məqsədi ilə, habelə hökumət qurumları və beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək üçün yaradılmışdır.
Şəbəkənin fəaliyyəti BMT-nin qaçqınların işləri üzrə Ali Komissarının İdarəsi, qaçqınların məsələləri üzrə Danimarka Şurası, qaçqınlar və sürgünlər məsələləri üzrə Avropa Şurası tərəfindən dəstəklənəcəkdir.
Hazırda şəbəkənin işi üçün artıq müəyyən planlar vardır, məsələn, iyunda keçiriləcək Qaçqınlar gününə hazırlıq görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]