Ukraynada Pasxa bayramından fotoreportaj
Kiyev, 28 aprel, AZƏRTAC
Pasxa bayramı münasibətilə Ukraynada insanlar kilsələrə gələrək dualar edir, müqəddəslərin şərəfinə şam yandırırlar.
Pasxa xristianların ən qədim və əziz bayramlarından biridir. Pravoslav təqviminə görə, Müqəddəs Pasxa günü - İsa Məsihin dirilməsi bayramı bu il aprelin 28-nə təsadüf edir. Ənənəyə görə, cümə axşamı səhərdən başlayaraq şirin kökələr bişirilir, axşam Pasxaya hazırlıq görülür, şənbə günü onları kilsəyə aparır, şənbədən bazar gününə keçən gecə isə xristian dini məbədlərində Pasxanın başlanmasını və Məsihin Dirilməsi bayramını bildirən ibadət keçirilir.
AZƏRTAC oxucularına Ukraynada Pasxa bayramı ilə bağlı fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev