Ukraynada qeydə alınan prezidentliyə namizədlərin sayı artmaqdadır
Kiyev, 29 yanvar, AZƏRTAC
Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha 2 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bununla da MSK tərəfindən qeydə alınan prezidentliyə namizədlərin sayı 22-yə çatıb.
Komissiya Ruslan Koşulinskiy və Aleksandr Danilyukun prezidentliyə namizədliyini qeydə alıb. MSK, həmçinin Aleksandr Kovalçukun prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır. Artıq 41 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]