İQTİSADİYYAT
Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Bakı, 3 mart, AZƏRTAC
Bu gün Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi ilə 18-i körpə olmaqla, daha 201 azərbaycanlı Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin ixracı üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir. Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər”, - məlumatda qeyd edilib.