UKRAYNANIN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ BAKI SLAVYAN UNİVERSİTETİNİN QONAĞI OLMUŞDUR
Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Boris Klimçuk BSU-nun qonağı olmuşdur.
Səfirin ilk olaraq BSU-ya gəlməsi təsadüfi deyildir. Artıq 8 ildir ki, BSU-da Ukrayna dili və ədəbiyyatı tədris edilir, Ukrayna mərkəzi fəaliyyət göstərir. Ukrayna Prezidenti Viktor Yuşşenko, Ali Radanın sabiq sədri Viktor Plyuş BSU-nun fəxri doktorlarıdır.
Səfir B.Klimçukun BSU-nun rektoru Kamal Abdullayevlə görüşündə Ukrayna universitetləri ilə BSU-nun əlaqələrinin gələcək inkişafı, o cümlədən Lesya Ukrainka adına Universitet ilə əlaqələr yaradılması, habelə Ukrayna-Azərbaycan və Azərbaycan-Ukrayna lüğətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
B.Klimçuk Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında BSU-nun rolunu yüksək qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]