Ukraynanın müdafiə sənayesinin imkanları 2023-cü ildə bir il öncəyə nisbətən altı dəfə çox olub

Kiyev, 25 fevral, AZƏRTAC
Ukraynanın müdafiə sənayesinin imkanları 2023-cü ildə bir il öncəyə nisbətən altı dəfə çox olub.
AZƏRTAC-ın "Ukrayna. 2024-cü il" forumunda iştirak edən xüsusi müxbirinin məlumatına görə, bunu forumda təqdimat zamanı strateji sənaye naziri Aleksandr Kamışın söyləyib.
"Keçən il müdafiə sənayemiz 3 dəfə çox məhsul istehsal edib. 2023-cü il üçün imkanlarımız altı dəfə çox olub. Bu imkanların təxminən yarısı üzrə 2024-cü ilə qədər müqavilə bağlanılıb. Biz Müdafiə Nazirliyi ilə birlikdə işləyirik. Müqavilələri daha da gücləndirmək lazımdır”, - deyə nazir bildirib.
O qeyd edib ki, Ukrayna müdafiə sənayesi 500 müəssisədən ibarətdir. Bunların 400-ə yaxını özəl və 100-ü dövlətə məxsusdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2025 [19:45]
Cənubi Koreyada güclü meşə yanğınlarına görə sakinlər təxliyə ediliblər
- 28.04.2025 [19:31]
Məsciddə qətl: qatil İtaliyada təslim olub
- 28.04.2025 [19:07]
Tramp Kanadaya 51-ci ştat olmaq çağırışını təkrarlayıb
- 28.04.2025 [18:57]
“Titanik” filmində istifadə olunan skripka 54 min funt sterlinqə satılıb
- 28.04.2025 [18:34]