Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi: Müasir Naxçıvan

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi: Müasir Naxçıvan

Naxçıvan, 16 dekabr, AZƏRTAC

Sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdəti bütün sahələrdə inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilib

 

Bu bəyanatda həm tarixin bütün çətin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, həm də böyük əzmkarlıq ifadə olunub. Bu əzmkarlıq Naxçıvanda Ümummilli Liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətinə və bütün sahələrdə inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilib.

Yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, qəti mövqe, dərin sədaqət və vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olan dövlət xadimləri həmişə bu keyfiyyətləri, nümunəvi addımları ilə ictimaiyyətin rəğbətini qazanırlar. İnkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da məhz bu keyfiyyətlərə malik olan qurucu rəhbərin əsəridir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də ağır, çətin olar. Ancaq o, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq, böyük işlər görə bilər”.

Naxçıvanda ümumi daxili məhsul istehsalı  66 dəfə artıb

1996-cı ildən ötən dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilib, ümumi daxili məhsul istehsalı 66 dəfə artıb. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azalıb, minlərlə iş yeri açılıb, səmərəli məşğulluq təmin olunub.

İqtisadi resurslar insan kapitalına çevrilir

Ulu Öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən təhsil quruculuğunu həmişə ön planda saxlayıb. Muxtar respublikada həyata keçirilən islahatların mərkəzində də məhz təhsil infrastrukturunun müasirləşdirilməsi dayanıb, elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq təhsil müəssisəsi istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, peşə məktəbləri yaradılıb. Bu gün Naxçıvan şəhərində də, ucqar dağ kəndlərində də şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə etməsi təkcə təhsilin inkişafı sahəsində görülən cari işlər, bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.

Müstəqillik illərində muxtar respublikada AMEA Naxçıvan Bölməsinin yaradılması və fəaliyyətinin təşkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Bilik Fondunun, Elmin İnkişafı Fondunun yaradılması da elmə və təhsilə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir.

Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu
alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir

Blokada vəziyyətində yaşayan Naxçıvanda əsas məsələlərdən biri də ərzaq, müdafiə və enerji təhlükəsizliyinin yerli imkanlar hesabına təmin olunmasıdır. Hər üç amil muxtar respublikamızda həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edir. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası fəaliyyət göstərirdisə, hazırda 11 elektrik stansiyası fəaliyyət göstərir. Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir. Hazırda Ordubad və Tivi Su Elektrik stansiyaları, Şərurda Günəş Elektrik Stansiyası tikilir.

Müstəqillik illərində sənaye məhsulunun həcmi 114 dəfə artıb

Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb, müstəqillik illərində sənaye məhsulunun həcmi 114 dəfə artıb, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin işinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub. Bu sahənin inkişafının nəticəsidir ki, indi Naxçıvanda avtomobildən hər cür tikinti materialına qədər, ərzaqdan geyimə qədər hər cür məhsul istehsal olunur. Sənaye müəssisələrinin təkcə Naxçıvan şəhəri daxilində yerləşdirilməməsi, bütün rayonlarda belə müəssisələrin istifadəyə verilməsi muxtar respublikanın tarazlı inkişafını təmin edib.

Kənd təsərrüfatı məhsullarının həcminin 14 dəfə artması ərzaq
təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib

Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının həcminin 14 dəfə artması ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Artıq aqrar sahəyə diqqət və qayğı yüzlərlə ailə təsərrüfatları formalaşdırmışdır ki, bu da özünüməşğulluğa mühüm töhfə verir.

Naxçıvan bu gün mənfur düşmən üçün gözdağıdır

Günbəgün inkişaf edən, müasirləşən, abadlaşan Naxçıvan bu gün mənfur düşmən üçün gözdağıdır. Ona görə ki, qədim diyarda əsası Ümummilli Lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi, ixtisaslı hərbçi kadrların yetişdirilməsi ilə hərbi potensialı əsaslı şəkildə möhkəmləndirib. Muxtar respublikada aparılan ordu quruculuğunun bəhrəsidir ki, Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın ərazisini qorumaqla yanaşı, İkinci Qarabağ müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

200-dən çox səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilib

Əhalinin həyat şəraiti də müasir standartlar səviyyəsinə çatdırılıb. Muxtar respublikanın kənd yaşayış məntəqələrində tikilib istifadəyə verilən müasir məktəb binaları, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri, yenidən qurulan avtomobil yolları şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına, kəndlərdə şəhər rahatlığının yaradılmasına gətirib çıxarıb.

Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. Müstəqillik dövründə muxtar respublikada 200-dən çox səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

Muxtar respublikada 1319 istehsal və xidmət
sahəsi yaradılıb

Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına öz təsirini göstərib. Sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artıb, 1319 istehsal və xidmət sahəsi yaradılıb.

Yaşıllıqların ümumi sahəsi vaxtilə 0,6 faiz idisə, hazırda 20 faizdən çoxdur

Naxçıvanda genişmiqyaslı yaşıllaşdırma proqramı həyata keçirilir. İndi elə bir şəhər, elə bir qəsəbə, elə bir kənd tapmaq olmaz ki, orada yaşıllıqlar, gülkarlıqlar, meyvə bağları salınmasın. Əvvəllər Naxçıvan əhalisi təbiətə tabe idisə, indi təbiət özü insanların ixtiyarındadır. Nahaq yerə demirlər ki, vaxtilə torpaqları cadar-cadar olmuş Naxçıvan indi canlı təbiət abidəsi, təbiət muzeyidir. Fərq orasındadır ki, bunlar insan əli ilə yaradılıb. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada yaşıllıqların ümumi sahəsi 0,6 faiz idisə, hazırda 20 faizdən artıqdır.

Bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil
mobil internet xidmətlərindən istifadəsi reallaşdırılıb

İnkişaf göstəriciləri rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Hazırda muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 90 faizindən çoxu yeni nəsil texnologiyalara əsaslanır. Qürurla qeyd edə bilərik ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur, diyarımızın beynəlxalq trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı da təmin edilib. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı da təmin olunub, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılıb.

70-dən çox tarixi abidəmiz bərpa olunaraq Azərbaycan xalqına qaytarılıb

Bu gün Naxçıvan tarixinə Əlincə əzəmətindən, Gəmiqaya yüksəkliyindən, Əshabi-Kəhf müqəddəsliyindən nəzər salınır, öyrənilir, tədqiq olunur, yaşadılır. Naxçıvanın qədimliyinin, əzəmətinin daş nümunəsi olan, son illərdə bərpa edilərək ikinci həyat verilən tarixi abidələr muxtar respublikanın simvoluna, bəzəyinə, sakinlərin isə qürur mənbəyinə çevrilib. Muxtar respublikamızda mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən qayğını da muxtar respublika rəhbərinin bu sahələrə böyük önəminin ifadəsi kimi dəyərləndirmək olar.

Bu günə qədər muxtar respublikada 1216 abidənin qeydə alınaraq tədqiq edilməsi, onlardan 70-dən çoxunun bərpa edilməklə xalqımızın qədim tarixi irsi kimi ona yenidən qaytarılması da bunun ifadəsidir. Bu sırada “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi də xüsusi vurğulanmalıdır.

Blokada, çətinliklər, quruculuq və inkişaf...

Blokada, çətinliklər, quruculuq və inkişaf... Bunlar qədim Naxçıvan torpağının yeni tarix səhifəsindəki ən iri başlıqlarıdır. Hər biri bir kəlmə olsa da, onların arxasında blokada çətinliklərindən yeni imkanların yaradılmasınadək, dağılmış iqtisadiyyatdan güclü iqtisadiyyatın qurulmasınadək, enerji asılılığından enerji təhlükəsizliyinin təmin olunmasınadək, çörək növbələrindən ərzaq təhlükəsizliyinədək və adlarını sadalamadığımız bir çox vəzifələr və onları reallığa çevirən gərgin zəhmət dayanır.

Prezident İlham Əliyev qazanılmış uğurları belə dəyərləndirib: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Bir sözlə, ulu öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” fikirləri reallığa çevrilib.

AZƏRTAC-ın Naxçıvan bürosu

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ