Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Ulu Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir - RƏY

Ulu Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir -  RƏY

Bakı, 11 dekabr, AZƏRTAC

Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir

Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bütün həyatını Azərbaycanın bu gününə və gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

O qeyd edib: Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları zamana, tarixin səhifələrinə sığışdırmaq mümkün deyil. Onun həyat və fəaliyyətinə həsr olunan kitablar, yazılan elmi məqalələr nə qədər saysız-hesabsızdırsa, yenə də yenilərinə böyük zərurət duyulur. Təbii ki, bu, Ümummilli Liderin illər keçdikcə Azərbaycan dövlətinin, xalqının xoşbəxt gələcəyi naminə gördüyü işlərə yeni işıq salınmasına əsaslanır. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürətlə inkişaf edərək keçmiş İttifaq miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrü Azərbaycanın həyatında yeni bir mərhələnin başlanması ilə xarakterizə edilirdi. Həmin illərdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan keçmiş SSRİ miqyasında yalnız xammal mənbəyi kimi tanınaraq inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda respublikamız bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri ilə diqqətdə oldu”.

Vüqar Rəhimzadə xüsusi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdı. İqtisadi tərəqqinin təməlinin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan gələcək milli ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. kimi biri-birindən əhəmiyyətli addımlar müstəqillik dövründə inkişafımızın əsası oldu. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın dirçəliş, tərəqqi, müstəqilliyini əbədi və dönməz etdiyi dövrdür. Onu da qeyd edək ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü üçün mühüm addımlar atılmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Ümummilli Liderin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsidir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

YAP Xətai rayon təşkilatının sədri bütün uğurlarımıza yol açan azərbaycançılıq ideologiyasının inkişafında və təbliğində Ümummilli Liderin böyük rolunu xüsusi qeyd edib. Ulu Öndərin hakimiyyətinin hər iki dövründə hər kəsin Vətən üçün çalışmasına çağırış xüsusi yer tutub. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” müdrik kəlamı dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ümummilli Lider tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etmələri və azərbaycançılıq ideyası ətrafında birləşmələri Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Ulu Öndərin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömür boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Onu da qeyd edək ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə qəbul olunub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və həmin vaxtdan etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Diqqətə çatdırılıb ki, ölkəmizin gərgin və böhranlı vəziyyətində xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Tarixə “91-lər”in müraciəti kimi daxil olan “Azərbaycan Sizin sözünüzü gözləyir” çağırışı ölkəmizin həyatında böyük dönüş nöqtəsi oldu. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası xalqın partiyası olaraq ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu gün belə bir əminliyi ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır. YAP nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatıdır. Bu gün Yeni Azərbaycan Partiyası “Biz birlikdə güclüyük!” devizi ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir uğurunun Heydər Əliyev siyasətinin təntənəsi olduğunu önə çəkərək 2003-cü ildən başlanan yeni mərhələnin ölkəmizin tarixində hansı uğurlarla yadda qaldığını diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə gedən yolu yaxınlaşdırdı. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sayan dövlətimizin başçısı tarixi ədalətin bərpası istiqamətində davamlı addımlar ataraq 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi. Bundan üç il sonra 2023-cü il sentyabrın 19-da Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi. Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarımızda, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. 30 il davam edən işğal dövründə hər zaman qəlbimizdə yaşayan “Azərbaycanın üçrəngli Bayrağı Şuşada, Xankəndidə dalğalanacaq” amalımız artıq reallıqdır. Bu il noyabrın 8-də Zəfər Günündə Xankəndi şəhərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən hərbi parad Qarabağ Zəfərimizin kuliminasiya nöqtəsi oldu. Bu gün Azərbaycan möhtəşəm uğurlara doğru inamla addımlayır. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır. Bu uğurlarımızın fonunda böyük inamla qeyd edirik ki, Ümummilli Liderin ruhu şaddır. Azərbaycan bu gün onun görmək istədiyi Azərbaycanın modelini dünyaya təqdim edir. Güclü, qüdrətli, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hüquq Akademiyası layihəsinin açılışı olub

Poltavada Xocalı soyqırımı qurbanları yad edilib

Lənkəranda baş verən qəzada piyada ölüb

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırılıb

ABŞ Maliyyə Nazirliyi bir sıra Rusiya banklarını yeni sanksiyalar paketinə daxil edib

Masallının Dico və Ulum kəndlərinə ilk dəfə elektrik enerjisi veriləcək

Tahir Gözəl: Avropada hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır

Sumqayıt şəhərinin Tarixi Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Elçin Əmirbəyov: Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır

Qurban Qurbanov: “Bayer”lə oyun "Qarabağ" üçün böyük təcrübədir

Milli Məclisin sədri Qətər Dövlətinin Şura Məclisinin sədr müavini ilə görüşüb

Xocalı soyqırımı qan yaddaşımızdır

Emin Əmrullayev Beyləqanda təmir edilən məktəbdə olub

Bakıda Küveytin Milli Günü qeyd olunub

Azərbaycan Texniki Universitetinin 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı təsdiqlənib

Almaniyanın məşhur şirkətinin əməkdaşları AzTU-da seminar keçirib

Səfir: Küveytdən Azərbaycana turist axını sürətlə artıb

AzTU SAP Universitetlər Alyansına üzv oldu

Naxçıvanda "Aqrar könüllülük" proqramına start verilib

Səfir: Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə sıx əməkdaşlıq mövcuddur

Milli Məclisin sədri Maldiv Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşüb

UNEC-in Zaqatala filialının tələbələri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

Maliyyə Monitorinqi Xidməti 15 illiyini qeyd edir

Rusiya XİN: Moskva KTMT-də iştirakının dondurulması ilə bağlı Ermənistandan əsaslandırıcı izahat gözləyir

Prezidentin səlahiyyətli nümayəndəsi Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub

Bakıda "Ənənəvi yapon qılınc döyüşü performansı” tədbiri keçirilib

Yalçın Rəfiyev: Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

Xəzər dənizində zəlzələ olub

Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub

Fransanın yürütdüyü siyasət sülh və təhlükəsizliyə qarşı zərbədir

ÜST: Avropa regionunda 1,2 milyon uşaq təcili peyvəndlənməlidir

Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Keniyanın Baş prokuroru "ASAN xidmət"də

Milli Kitabxanada Əli bəy Hüseynzadəyə həsr olunan kitab sərgisi açılıb

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Fikrət Məmmədov kollektivə təqdim edilib

Xocalı dəhşətini heç zaman unutmayacağıq

Ağdaş və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər

Mateo Vituari: Azərbaycan ilə İtaliya universitetləri və şirkətlərinin sıx əməkdaşlığını müşahidə edirik

® “Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçiriləcək VİDEO

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Muzey Mərkəzi bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunmuş konsert-portret layihəsini təqdim edir

Premyer Liqa: “Kəpəz” vacib qələbə qazanıb

Qisasımız qiyamətə, torpaqlarımız mənfurlara qalmadı...

Tanınmış məşqçi Azərbaycan şahmatçıları ilə işləyəcək

Biləsuvarda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Ağabəy Azərbaycani: Yetmişillik tibb təcrübəmi azad edilmiş ərazilərin sakinlərinə də tətbiq etmək istəyirəm

Xocalı soyqırımı qurbanlarının xatirəsi Varşavada da anılıb

“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb

® Dünyaşöhrətli rol model Angela Pearl “Millionaire Concept Network” tərəfindən “Gold Member” seçildi

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb YENİLƏNİB

Biznes subyektlərinin nümayəndələri üçün məlumatlandırma görüşü keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi stimullaşdırılması məqsədilə Aparatın hesabına köçürülən büdcədənkənar vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 mart tarixli 86 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ombudsman: Aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin izlərini üzə çıxarır

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Yüksək tribunalardan “humanizm” və “demokratiya”dan danışan Fransanın siyasətinin əsasında neokolonializm dayanır - ŞƏRH

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb

Su çərşənbəsində bu ilin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

“MathCamp 2024” yaz düşərgəsinin növbəti mövsümünə start verilir

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin mart ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ədəbiyyat Muzeyində akademik Həmid Araslıya həsr olunan elmi sessiya

“Qarabağ”ın prezidenti: Avropanı təəccübləndirməyə çalışacağıq

Azərbaycan millisinin kapitanı: Bəzi komandalar "Qarabağ"dan çox şey öyrənməlidir

SOMDA-nın regional idarələrinin hərbi qulluqçuları qanvermə aksiyasında iştirak edib

Elm və təhsil naziri Beyləqanda vətəndaşlarla görüşüb

Nazir Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Türkiyənin “Bayraktar Akıncı” PUA-larının alınması ilə bağlı doqquz ölkə müqavilə bağlayıb

Tbilisidəki Cümə məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ov mövsümü başa çatır

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Peyvəndləmə qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur

® Azərbaycan Transxəzər marşrutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir

“Neftçi”nin beş futbolçusu “Turan Tovuz”la matçı buraxacaq

Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Tailand Krallığının Baş naziri Settxa Txavisindən

AQTİ mütəxəssisləri xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsini davam etdirir

Tallində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib VİDEO

Türkiyəni yanvarda 2 milyondan çox əcnəbi turist ziyarət edib

Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunub

Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq

“Dirçəliş” komandası “Breyn-rinq” intellektual oyununda iştirak edəcək

Mahmud Qurbanov: “Qarabağ”ın “Bayer”lə budəfəki dueldən qalib ayrılacağına inanıram

Dövlət Teatr Muzeyində tədbir: “Xocalıdan danış mənə!”

Polşalı nazir müavini: Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyası yüksək səviyyədədir

Aİ-nin çirkli pulların yuyulması ilə mübarizə bürosu Frankfurtda yerləşəcək

AzMİU tələbələri Qərbi Azərbaycanın 142 abidəsi ilə bağlı araşdırmalarda iştirak ediblər

BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib

Aİ-nin yeni sanksiyalar paketinə Türkiyə və Qazaxıstan şirkətləri də daxildir

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edilib

Sloveniya Respublikasının Lyublyana şəhərinin meri Zoran Yankoviçdən

BDU-da “Sazlı-sözlü kəlağayı günləri”

® “Ziraat Bank Azərbaycan” “Beynəlxalq Aqro Biznes Forum-2024” tədbirinin sponsoru və iştirakçısı olub

AMADA-nın icraçı direktoru: Bölgələrdə dopinqlə bağlı xüsusi maarifləndirici işlər aparılacaq

Ucarda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı qəbulu keçirilib