Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Fövqəladə Hallar Nazirliyində qeyd edilib VİDEO

Bakı, 10 may, AZƏRTAC 

Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan xalqının ümummilli lideri, dahi öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə nazirliyin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül-çiçək dəstələri qoyub.

FHN-in inzibati binasında keçirilən tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tədbirdə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin adının xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdıraraq, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu deyib. Nazir bildirib ki, xalqımızın mənafeyini daim hər şeydən yüksək tutan Dahi Öndər hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızın çiçəklənməsi üçün mütərəqqi addımlar ataraq böyük uzaqgörənlik və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi xaos, anarxiya və özbaşınalıqdan xilas etdi.

K.Heydərov deyib ki, Azərbaycanı qardaş qırğını və məhv olmaq təhlükəsindən qoruyan, dövlətçilik ənənələrini bərqərar edən Ümummilli Liderin müdriklik, uzaqgörənlik və qətiyyətlə müəyyən etdiyi mütərəqqi siyasi kurs sayəsində ölkəmiz qısa müddətdə davamlı və sürətli inkişaf yoluna çıxdı. Məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyası Azərbaycanın bu gün dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməsinə şərait yaradıb.

Nazir vurğulayıb ki, Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, regionun liderinə çevrilmiş ölkəmiz dünya birliyinin layiqli üzvü kimi regional və qlobal əhəmiyyətli layihələrin reallaşdırılmasına əvəzedilməz töhfələr verir. Dövlətimizin başçısının uzaqgörənliklə atdığı addımlar, bilavasitə təşəbbüsü ilə həyata keçirilən tədbirlər, reallaşdırılan mütərəqqi islahatlar sayəsində ölkəmiz durmadan inkişaf edir, qlobal təlatümlərdən uğurla yan keçir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev zamana qalib gəlməyi bacaran dahi və nadir şəxsiyyətlərdəndir. Qəlbi hər zaman Azərbaycanla döyünən Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində xalqımızın yüksək rifahı, işıqlı gələcəyi, inkişafı naminə var gücü ilə çalışıb. Qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq Ulu Öndərin müəyyən etdiyi mütərəqqi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan bu gün mürəkkəb geostrateji məkanda yerləşməyinə baxmayaq, yüksək inkişaf tempini qoruyur. Sabitlik, əmin-amanlıq, davamlı inkişafın bərqərar olduğu ölkəmizdə əldə olunan bütün uğurların əsası olan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilir. Son illər ölkəmizin əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan etibarlı əllərdədir.

Tədbirə yekun vuran nazir K.Heydərov qeyd edib ki, bu gün həm də Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi tamam olur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən Heydər Əliyev Fondu ötən dövrdə Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Müxtəlif problemlərin, o cümlədən baş vermiş ayrı-ayrı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında, çıxılmaz vəziyyətə düşmüş insanlara hərtərəfli yardımların göstərilməsində və s. istiqamətlərdə gördüyü çoxşaxəli fəaliyyəti sayəsində bu gün Heydər Əliyev Fondu xalqın dərin sevgisini qazanıb. Nazir nümunə olaraq bu il fevralın 5-də və 6-da baş vermiş zəlzələ nəticəsində Ağsu, Şamaxı və İsmayıllı rayonlarında zərər çəkmiş evlərin və sosial təyinatlı obyektlərin tikinti və bərpası ilə bağlı Fondun gördüyü böyük işləri qeyd edib. O, bütün bu xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Fövqəladə Hallar Nazirliyinin kollektivi adından dərin təşəkkürünü bildirib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Fövqəladə Hallar Nazirliyində qeyd edilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Nizami rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar

Azərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq

Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri

Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir VİDEO

Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub

BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır

Ötən ay İnsan Resursları Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib

Bakıda “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanılıb VİDEO

Məşhur Piza qülləsinin Bolonyada olan bənzəri çökə bilər

Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb

AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib

Beynəlxalq STEAM Azərbaycan Festivalında 11 ölkənin komandaları yarışacaq

COP28: Təxminən 20 ölkə bütün dünyada nüvə enerjisini 2050-ci ilədək üç dəfə artırmağa çağırır

İtaliyalı nazir müavini: Prezident İlham Əliyev çox praqmatik insandır

Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yayıb

Dekabrın 3-də Bakıda 22 dərəcə isti olacaq

Senatın sədri: Azərbaycan Çexiya üçün dost ölkədir