Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir, zəfərlərə yol açır - ŞƏRH

Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir, zəfərlərə yol açır -  ŞƏRH

Bakı, 20 sentyabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin neft strategiyasının əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Şübhəsiz 30 ilin Azərbaycanın, o cümlədən ölkəmizin neft sənayesinin inkişafında hansı uğurlarla, mühüm hadisələrlə yadda qaldığını bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Bununla belə keçilən yola qısa nəzər salmaqla “Əsrin müqaviləsi”nin dövlətimizə və xalqımıza qazandırdığı dividendlərin aydın mənzərəsini yaratmaq mümkündür. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında geniş üfüqlər açdı. Dahi şəxsiyyət Heydər Əliyevin şah əsərlərindən biri məhz Onun böyük uzaqgörənliklə və düşünülmüş siyasəti əsasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanan neft strategiyası və bu strategiyanın əsas tərkib hissəsi olan, Azərbaycana bugünkü reallıqları qazandıran, beynəlxalq münasibətlər sistemində əsl söz sahibinə çevirən, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdan “Əsrin müqaviləsi”dir. 1994-cü il sentyabrın 20-də 7 ölkənin 11 ən məşhur neft şirkətinin iştirakı ilə imzalanan bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, müstəqilliyimizin mühüm təminatçısına çevrildi.

“Əsrin müqaviləsi” çağdaş Azərbaycanın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər bildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə “Əsrin müqaviləsi”ndən öncə Bakıda Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Məhz 1994-cü ildən başlayaraq hər il ənənəvi keçirilən Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ili oldu. Bu saziş investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. Başqa sözlə ölkəmizin iqtisadi və siyasi inkişafı məhz “Əsrin müqaviləsi”ndən başladı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

O qeyd edib ki, bu saziş yeni-yeni müqavilələrə, Anlaşma memorandumlarına yol açdı. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişləndi. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu saziş illər keçdikcə Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı. “Əsrin müqaviləsi”nin 20 illiyində - 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm hadisəni neft-qaz sektorunda görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev çıxışlarında daim bu reallığı diqqətə çatdırır ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin müqaviləsi” yaratdı. 1994-cü ildən bu günə qədər Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. 1994-cü ildən bu günədək ölkənin neft-qaz sahəsində həyata keçirilən tədbirlərin xronologiyasına nəzər salsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

Baş redaktor onu da qeyd edib ki, “Əsrin müqaviləsi”nin uğurlu icrası 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu sazişin imzalanması ilə “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Onun icra müddəti 2050-ci ilə qədər uzadıldı. Prezident İlham Əliyev yeni imzalanan müqavilənin Azərbaycan üçün daha da əlverişli olduğunu belə əsaslandırdı ki, müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi müqavilənin icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün müqavilənin çox böyük əhəmiyyətə malik olduğu diqqətə çatdırıldı. 2017-ci il “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə də əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci ildə çıxarılmışdı. Bu reallığı da xüsusi qeyd etməliyik ki, 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev neft sənayesinin inkişafı üçün çox mühüm addımlar atmışdır. O illərdə neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirdi. Həmin dövrdə yaradılmış potensial, xüsusilə Bakı Dərin Özüllər Zavodunun fəaliyyəti bu gün bizim neft potensialımızı gücləndirir.

Neft strategiyasının uğuru icrasında SOCAR-ın rolunu xüsusi vurğulayan baş redaktor deyib ki, hazırda Azərbaycandan dünyanın onlarla ölkəsinə neft və neft məhsulları, 10 ölkəyə təbii qaz ixrac edilir.

Bildirilib ki, son 21 ilə yaxın dövrdə Azərbaycan yalnız enerji deyil, qeyri-neft sektorunda da qazandığı uğurlarla diqqətdədir. Bu da “Əsrin müqaviləsi”nin uğurlu nəticələrindəndir. Dövlətimizin başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisi artıq reallığa çevrilib. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsi neft gəlirlərindən səmərəli istifadəyə əsaslanır. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur” çağırışını etməklə yanaşı, böyük uzaqgörənliklə bu günümüzə və gələcəyimizə xidmət edən bu mühüm addımı da atmışdır. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Bu Fond neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə toplanan vəsaiti Azərbaycanın hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yönəldir. Hazırda Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 58 milyard dollardan artıqdır. Fond şəffaflıq meyarları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Bu vəsaitlərin yönəldildiyi istiqamətlərə diqqət yetirməklə ölkəmizin inkişafı barədə aydın təsəvvürə malik olmaq olar.

V.Rəhimzadə diqqətə çatdırıb ki, hər dövrün öz çağırışları var. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz və elektrik enerjisi ixracatçısıdır. Ölkəmiz hazırda bərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Bu sahəyə investisiya qoyuluşu günümüzün əsas çağırışları sırasındadır. Azərbaycan enerji diplomatiyasının qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 bütün bu məqamlara, Azərbaycanın beynəlxalq nüfuzuna və malik olduğu imkanlara işıq salacaq.

Baş redaktor onu da əlavə edib ki, “Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi deyil, həm də siyasi dividend gətirdi. Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu bunun bariz nümunəsidir. Ən əsası ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri bu roluna mütəmadi olaraq yeni əlavələr edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Azərbaycanın dünyadakı rolu artır və bunun təməlində Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliyi ilə işləyib hazırladığı neft strategiyası dayanır.

Vurğulanıb ki, bu gün hər bir sahədə “Əsrin müqaviləsi”nin uğurlarını görmək mümkündür. Azərbaycanda iqtisadi tərəqqi bütün inkişafın əsasıdır. Ölkəmizdə iqtisadi inkişaf, eyni zamanda, güclü sosial siyasətlə tamamlanır. Hər zaman bu reallıq önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Amma Azərbaycanın neft strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu problemi yaşamamasını təmin edir. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü, eyni zamanda, düzgün istiqamətləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan hazırda sosial dövlət kimi dünyanın diqqətindədir. Bu gün “Əsrin müqaviləsi”nin nəticələrini işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində görürük. Azərbaycan iqtisadi imkanlarına söykənərək dünya hərb tarixində ilkə imza atdı. Belə ki, müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla nəhəng iqtisadi və maliyyə imkanlarını nümayiş etdirdi. Düzgün qurulan siyasət davamlı uğurların əsasıdır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bütün iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə geniş imkanlar açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Balkan ölkələri Ukrayna dəstəyi yeniləyib

Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı artıb

“Sabah” FIBA Avropa Kubokunda ilk oyununu keçirib

Ukrayna Rusiya ərazisində pilotsuz təyyarələrin saxlandığı bazaya hava hücumu edib

Bayden və Netanyahu arasında telefon danışığı olub

Odessanın limanı raketlə vuruldu, azı 6 nəfər həlak olub

MEDİA: “EekadFacts” internet resursunda yayılan məlumatlar reallığı əks etdirməyən təxəyyül məhsuludur

Daşkəsən rayonunda şəhid anaları ilə görüş keçirilib

Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

Polis zabiti avtomobil qəzasında həlak olub

QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub

Zelenski: Ukraynanın NATO-ya üzvlüyü sülh şəraitində mümkün ola bilər

“Coursera” şirkəti Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək

Mariya Zaxarova COP29 ərəfəsində ABŞ-ın Azərbaycana təzyiqini “klassik taktika” adlandırıb

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

Ukrayna münaqişənin gələn ildən gec olmayaraq başa çatmasını istəyir

TDT xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub

Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb

Ordubad şəhərində vətəndaşlarla görüş olub, onları narahat edən məsələlər dinlənilib

Pedaqoji Universitetdə ekosərgi: “Atma, yarat”

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər

Nizami Qasımov: Xınalığa aid layihə hazırda nəzərdə tutulan 22 layihədən biridir

Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib

Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı ictimai dinləmə təşkil edilib

Güclü “Milton” qasırğasına görə ABŞ-da 1700-dən çox uçuş təxirə salınıb

Dövlət Vergi Xidməti: Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür

Geologiya və Geofizika İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib

“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib

“Türk Hava Yolları”nın pilotu aviareys zamanı vəfat edib

Qaribaşvili: Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi daxili işlərimizə “həyasız müdaxilədir”

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə hər kəsin səsi və maraqları nəzərə alınmalıdır - ŞƏRH

Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...

“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib

Elmi seminarda Volqa çayının Xəzərə təsiri barəsində məruzə dinlənilib

Fuad Nağıyev: Xınalıqda məskunlaşan sakinlərlə daim təmasdayıq

Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub

Paytaxtın restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır

Akademik Teymur Kərimli: Füzulinin irsi bütün bəşəriyyətə xidmət edir

Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB VİDEO

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

İtaliyalı turist: Xınalıq kəndi öz mövqeyinə görə tamamilə heyrətamizdir

Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək

® “Kapital Bank”ın “Cəbrayıl” filialının açılışı olub

Bakıda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib

® “Umico Bonus” loyallıq proqramı yenilənib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Ağdamda “Mercedes” və “VAZ” avtomobilləri toqquşub

Melinda Frenç Qeyts: Bütün dünyada qadınların sağlamlığına etinasız yanaşılır

Naxçıvanın Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Bakıda təcrübə keçirlər

“Kosmos və iqlim dəyişikliyi” - tədbir

Yeni məhkəmə hakimləri and içiblər

Elşən Ağalarov: Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

Oman və Qətərin nümayəndələri Azərbaycan Milli Kitabxanasının fonduna kitab bağışlayıblar

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

Qax Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Slovakiyada Baş nazirə qarşı sui-qəsd terror aktı hesab edilməyib

FHN Qəbələ regional “ASAN xidmət” mərkəzində təlim keçirib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB VİDEO

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır

Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri necə aparılmalıdır?

Azərbaycanın MDB çərçivəsində mövqeyi ölkəmizin nüfuzunu göstərir - RƏY

Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim

COP29 Əməliyyat Şirkəti dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk Azərbaycan şirkəti olacaq VİDEO

UNEC ilə Türkiyə Rəqabət Qurumu əməkdaşlığa başlayır

Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Neftçalada 42 kilometrlik yol infrastrukturları yenidən qurulub VİDEO

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində yenidən tədris başlayıb - YENİLƏNİB VİDEO

Daha 20 məhkumun qiymətləndirilməsi aparılıb

Bakıda fəaliyyət göstərən avtobusların sayı açıqlanıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb

® “Priceless” Azərbaycanda: Eksklüziv təcrübələri qarşılayın

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib YENİLƏNİB VİDEO

“Netflix” Qabriel Markesin romanı əsasında serialın premyerasının tarixini açıqlayıb

Aqrar Sığorta Fondunda Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Dövlət Turizm Agentliyi Xınalıq kəndinə mediatur təşkil edib

Misirdə “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib

BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

Macarıstan Milli Bankı inflyasiyanın səviyyəsini azaltmaqda israrlıdır

Azərbaycanda daşıyıcılara dövlət tərəfindən hər kilometrə görə pul ödənilə bilər

AYNA: 2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq VİDEO

Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb

Naftalana gələn xarici turistlər arasında Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

Fransaya şiddətli qasırğa yaxınlaşır

“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub

Elm və təhsilin inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb

Azərbaycanlı dünya çempionu: Qızıl medal üçün bütün gücümü ortaya qoymuşdum

Orban Avropa İttifaqını Ukrayna ilə bağlı strategiyanı dəyişməyə çağırıb

Sumqayıtda qanvermə aksiyasında 250-dən çox donor qan verib

Abşeronda şəhidlərimiz ildönümlərində yad edilib