İQTİSADİYYAT
“Ümid” yatağında ikinci quyu qazılmağa başlanılmışdır
Bakı, 22 sentyabr (AZƏRTAC). “Ümid” yatağında ikinci quyu qazılmağa başlanılmışdır. Bu barədə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə jurnalistlərə müsahibəsində bildirmişdir.
X.Yusifzadə vurğulamışdır ki, proyekt dərinliyi 6 min 500 metr olan quyunun hazırda quyu dibi 1700 metrdir. Qazma maili olaraq aparılır. Quyuda 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat ehtiyatı olduğu təxmin olunur. Qazma işləri cari ilin sonunda və ya gələn ilin birinci rübündə yekunlaşdırılacaqdır.
######